ArxivIslamXəbər lentiXəbərlər

50 il sonra müsəlman çox olacaq, yoxsa xristian?

İslamazeri.az-ın “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, 2070-ci ildə tarixdə ilk dəfə olaraq müsəlman və xristianların sayı bərabərləşəcək. Bu haqda məlumat “Pew Research Center” nüfuzlu araşdırma mərkəzinin mütəxəssislərinin araşdırmalarında verilib.

Qeyd edilir ki, dünyadakı ateistlər və özünü heç bir dinə aid etməyənlərin də sayı artacaq.

Müsəlmanlar Avropa əhalisinin azı 10 faizini təşkil edəcək. Ən çox müsəlmanların yaşadığı ölkə Hindistan olacaq. (Hazırda isə ən çox müsəlmanın yaşadığı ölkə İndoneziyadır – red.)

Hazırda ABŞ əhalisinin 75 faizini təşkil edən xristianların faiz göstəricisi bir neçə on illik sonra 60 faizə düşəcək.

Qeyd etmək lazımdır ki, proqnozun hazırlanmasında bir çox hazırkı faktorlar – ən böyük dinlərin yayılma surəti və arealı, yaş fərqləri, doğum və ölümün nisbəti, miqrsiya göstəriciləri və s nəzərə alınıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button