ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

27 gündür aclıq edən Polad Aslanov 4 kiloqram çəki itirib

 27 gündür həbsxanada aclıq edən xeberman.com saytının rəhbəri Polad Aslanov fevralın 24-də 1 saylı Cəzaçəkmə Müəssisəsinin sanitar-tibb hissəsinə köçürülüb. O ayrı otaqda saxlanılır, həkim nəzarətindədir.

Bu barədə bu gün, fevralın 27-də onunla görüşdən sonra həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə bildirib.

“Polad artıq 4 kiloqram çəki itirib. Görüşə özü yeriyib gəldi. Gözləri çuxura düşüb, rəhgi ağarıb. Vəziyyəti çox ağırdır. Ona sistem köçürmürlər. Anası da, mən də aclığı dayandırmasını xahiş etdik. Lakin, o aclığı yalnız bəraət aldığı zaman dayandıracağını dedi. Bildirdi ki, Ali Məhkəməni tezləşdirsinlər, haqq etdiyi azadlığına qovuşsun, sonra aclığı dayandırısın,” o qeyd edib.

2019-cu il noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxış zamanı jurnalist məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.

Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Polad Aslanovun apellyasiya şikayətini təmin etməyib.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button