ArxivXəbər lentiXəbərlər

250 yük maşını Samur gömrüyündə

Azərbaycan və Rusiya sərhədində yerləşən Samur gömrüyündə 250 yük maşını Rusiya ərazisinə buraxılmasını gözləyir.

APA-nın verdiyi məlumata görə, əsasən İran, Rusiya və Azərbaycandan olan yük maşınlarının sürücüləri artıq 2 gündür ki, Samur gömrüyündə saxlanıldıqlarını və problemin Rusiya gömrüyü tərəfindən yaradıldığını bildirirlər.

Azərbaycan Dövlət Gömrük Komitəsi də yaranmış vəziyyəti təsdiq edərək, bildirib ki, Samur gömrüyünün Azərbaycan hissəsində işlər adi qaydada davam edir. Amma, Rusiya tərəfindən yoxlama və gömrük işlərinin ləng aparılmasına görə belə bir problem yaranıb.

Yük maşınlarının yüklərinin kənd təsərrüfatı məhsulları və xarab olan məhsullardan ibarət olmasını nəzərə alaraq, Azərbaycanın gömrük rəsmiləri Rusiya tərəfinə rəsmi qaydada müraciət edərək, yaranmış problemin tez bir zamanda həll edilməsini istəyiblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button