ArxivIslamXəbər lentiXəbərlər

Almaniyada Həzrət Fatimə Zəhranın (s.ə) mövludu münasibəti ilə tədbir keçirilib – FOTO

Almaniyanın Rhein-Main bölgəsində Həzrət Fatimə Zəhra (s.ə) məscidində martın 12-də Həzrət Fatimənin (s.ə) mövludu və müsəlman “Qadınlar günü” münasibəti ilə tədbir keçirilib. 
 
Maide.Az xəbər verir ki, Avropanın müxtəlif şəhərlərindən təqribən 500-ə yaxın Əhli-beyt (ə) ardıcılının qatıldığı tədbir saat 13:30-dan 17:30-dək davam edib. 
 
Tədbir ilk olaraq Quran tilavəti ilə başlayıb. Daha sonra tədbirdə çıxış edələr Həzrət Fatimənin (s.ə) fəzilətlərindən danışıb. Bu günün bütün müsəlman “Qadınlar günü” olduğu vurğulanıb. 
 
Daha sonra Əhli-beyt (ə) məddahları şeir və mahnılar oxuyub. 
 
Tədbirdə müsabiqə keçirilib və iştirakçılardan qaliblərə hədiyyələr verilib. Daha sonra bayram süfrəsi təşkil olunub. /
 
 
 
 
 
 
 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button