ArxivXəbər lentiXəbərlər

Moskva və onun ətrafında bayram namazının qılınacağı yerlər müəyyənləşdirilib

Moskvada və Moskva vilayətində Qurban bayramında bayram namazının qılınması üçün 38, qurban kəsimi üçün isə 14 meydança ayrılıb.

Qafqaz.ir-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müsəlmanlarının Dini İdarəsi və Rusiya Müftilər Şurası sədrinin birinci müavini Ruşan Abbyasov mətbuat konfransı zamanı məlumat verib.

“Bu il Qurban bayramı sentyabrın 12-də qeyd edilir. Moskva və ətraf şəhərlərdə 38 meydança ayrılıb.

Moskvada qurban kəsimi üçün yer yoxdur. Belə yerlər Moskva ətrafında 14 meydançadan ibarətdir. Üç gün ərzində qurban kəsmək mümkün olacaq.

Bundan başqa, təqaüdçülər qurban kəsilən heyvanın ətini telefonla evlərinə sifariş verə biləcəklər.”, – R.Abbyasov bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button