AktualAktualArxivXəbər lentiXəbərlər

İranın Ermənistana ixracatı kəskin azalıb

Son illərdə İranın yüksək səviyyəli rəsmilərinin Ermənistana səfər etmələrinə baxmayaraq bu ölkənin Ermənistana ixracatı artmayıb, üstəlik kəskin azalma müşahidə olunur.

Qafqaz Mədəniyyət Mərkəzi – Redaksiyamızın “Təsnim”ə istinadla verdiyi xəbərə əsasən, Ermənistan Statistika Mərkəzinin saytının yaydığı məlumatda İran və Ermənistan arasında mübadilənin 20 faiz azaldığı yer almışdır. Belə ki, 2015-ci ildə mübadilənin həcmi 280 milyon dollar olmuşdursa, bu rəqəm 2016-cı ildə 238 milyon dollara enmişdir. Bu müddət ərzində İranın Ermənistana ixracatı təqribən 20 faiz aşağı düşmüşdür; 2015-ci ildə ixracatın həcmi 198 milyon olmuş, 2016-cı ildə isə bu rəqəm 164 milyona enmişdir. Azalma prosesi 2017-ci ildə də  davam etmişdir və İran-Ermənistan ticarət mübadiləsinin həcmi 20 faiz azalaraq 2016-ci ilin birinci üç ayında 59 milyon dollardan 47 milyon dollara enmiş, 2017-ci ilin birinci üç ayında isə ölkəmizin Ermənistana ixracatı ötən ildə olduğu kimi 20 faiz azalma ilə davam edərək 38 milyon dollardan 34 milyon dollara çatmışdır.

İki ölkə arasında ümumi iqtisadi mübadilənin 60 faizini qaz və elektrik enerjisi dəyişdirilməsi təşkil edir. Ölkəmizin Ermənistana ixrac etdiyi qaz, elektrik enerjisinə çevrilib ölkəmizə ixrac edilir. Həmçinin 2016-cı ilin yayında Rusiyanın Ermənistana qaz nəqli boru xəttində problem yarandığı və Rusiyadan Ermənistana qaz axının dayandığı üçün İran təqribən iki ay müddətində Ermənistanı qazla təmin etdi. Bu əlavə qaz ixracı nəticəsində 2016-cı ildə ölkəmizin Ermənistana ixracatındakı rəqəm artdı. Ölkəmizin Ermənistana qaz ixracının 2016-cı ildə azalmamasına, üstəlik, artmasına diqqət etməklə, Ermənistana ixracatda azalma baş verməsi qeyri-neft ixracatına aiddir. Ona görə də bu nəticəyə gəlmək olar ki, 2016-cı ildə ölkəmizin Ermənistana ixracatında azalma 40 faizdən çox olmuşdur və bu azalma 2017-ci ildə də davam etmişdir.

Digər tərəfdən 2016-cı ildə ölkəmizin Ermənistana qeyri-neft ixracatı 40 faiz azaldığı bir surətdə Rusiya və Gürcüstan kimi ölkələrin Ermənistanla ticarət mübadiləsi artmışdır. Həmçinin, Almaniya, Çin və İtaliya kimi ölkələrin Ermənistanla ticarət mübadilələri bizim ölkəmizlə müqayisədə aşağı enmişdir.

Sənət, mədən və ticarət nazirinin müavini və ixracat inkişaf mərkəzinin rəhbəri Müctəba Xosrovtac 8 oktyabr 2016-cı ildə Ermənistanın İranda açdığı ixtisas sərgisini ziyarət edərkən dedi: “İranın Ermənistana ixracatı bu ilin birinci yarısında (1395) təqribən 140 milyon dollar olmuşdur və ilin sonuna kimi bu rəqəmin 280 milyon dollara çatacağı gözlənilir”.

Həməçinin, gömrük idarəsinin rəisi Karbasyan cari ilin 29 aprelində Ermənistanla gömrük haqqında əməkdaşlıq müqaviləsi imzalanma mərasimdə dedi: “İki ölkə arasında ticarət mübadiləsinin genişlənməsini müşahidə edirik”.

İrana qarşı beynəlxalq sanksiyaların ən ağır zamanlarında İran-Ermənistan ticarət mübadiləsinin həcmi və ölkəmizin Ermənistana ixracatının həcmi azalmadı və demək olar ki, sabit qaldı. 2015-ci ildə vitse-prezidentin Ermənistana səfəri və iki ölkə arasında bank probleminin həll edilməsindən sonra bu məsələ İran və Ermənistan arasındakı bütün iqtisadi münasibətlərə öz təsirini qoydu. Habelə, İrana qarşı sanksiyaların ləğvindən sonra (dövlət rəsmilərinin dediklərinə görə) Ermənistana ixracat artmalı idi. Ancaq bu gözlənti həyata keçmədi, üstəlik, ölkəmizin Ermənistana ixracatında kəskin azalmanın şahidi olduq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button