ArxivXəbər lentiXəbərlər

Həzrət Yusif (ə) filmi və insanımızın identifikasiyası

Kino. İnsan həyatında kifayət qədər önəm daşıyan bir incəsənət sahəsi. Faktiki olaraq, kinoya maraq – yaşından, dünyagörüşündən, savadından, ictimai statusundan asılı olmayaraq, bütün insanları birləşdirən mövzudur.
Dramaturgiya nəzəriyyəçiləri insanların kinoya olan rəğbətlərini oradakı baş qəhrəmanlarla yaşadıqları eyniləşmə ilə bağlayırlar. Buna elmi dildə identifikasiya deyilir. Əgər bu, baş tutmursa, tamaşaçı bir qayda olaraq, narazı qalır.

Tamaşaçı ilk olaraq qəhrəmanı tanımağa başlayır. Ardınca anlamağa. Burada qəhrəmanla eyni həyəcanı yaşayır. Bu psixoloji sürəcin zirvəsinə identifikasiya deyilir.

İdentifikasiya baş verəndən sonra, saatlarla, günlərlə, aylarla, illərlə həmin filmi izləyəcək. Eyniləşmiş qəhrəmanı ilə bütün şirinli-acılı həyatı yaşayacaq.

Maraqlı odur ki, qəhrəmanı onun qırmızı cizgilərini keçəcək həddə qədər yanlış etməsə, həddi aşmasa, onun kiçik xətalarına göz də yumacaq. Bəraət də qazandıracaq.

Çox maraqlı ipucular verən bir mövzudur. Real həyatda bir çox məsələlərin təhlili üçün zəngin psixoanalitik üfüqlər açan bir mövzudur. Uşaq tərbiyəsindən tutmuş, siyasi həyata qədər. İdentifikasiya bütün sahələrdə həlledici mövzulardan biri kimi baxıla bilər.

***
İnsanımız illərdir övladlarına Yusif adı qoyur. “Həzrət Yusif (ə)” filminə baxmağının bərəkətinə.
Bu, insanımızın ruhiyyəsindən ciddi xəbər verir.
Həzrət Yusiflə (ə) identifikasiya yaşayan, onun bütün acılı-şirinliklərini duyan əziz bir xalqımız var.
İbrət görürüləsi bir mövzudur.

Hacı İlqar İbrahimoğlu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button