ArxivIslamXəbər lentiXəbərlər

Danimarka müsəlmanlarına qarşı irqçi çağırış

müsəlmanlara qarşı hücumlara çağıran Danimarkanın irqçi qüvvələri “Facebook” sosial şəbəkəsi vasitəsilə məscidləri yandırmağa çağırıb.

Qafqaz.ir-nın İslam.az-a istinadla verdiyi xəbərə görə, çağırışda məscid yandırana havayı benzin vəd olunub. Danimarkada yerləşən İslam İnanc Cəmiyyətinin və mədəniyyət binasına hücumdan sonra ictimaiyyət arasında başlayan müzakirələr təhlükəli həddə çatıb. 40 nəfərlə birlikdə binanı yandırmaq istəyən 34 yaşlı şəxs həbs edilərək həbsxanaya göndərilib. Hadisədən sonra müsəlmanlara nifrət edən bəzi şəxslər sosial şəbəkə vasitəsilə məscidləri yandırmağa çağırıb.

Svend Jepsen adlı bir danimarkalı “Facebook”da “Məscidlərə yox deyək! Dəvə peyinlərini yandırın. Niyə ancaq bir yer yandırıldı? Bir məscid yandırana mən də bir bidon benzin verməyə hazıram. Yetər ki, bir müsəlman ölsün” mesajı yazıb.

“Facebook”da yaradılan “Məscidlərə qarşı” səhifə “İslamdan təmizlənmiş ölkə” çağırışı edib. Səhifənin üzv sayı 7 min nəfərə çatdıqda səhifə şikayət edilərək bağladılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button