ArxivIslamXəbər lentiXəbərlər

Tanınmış kinodramaturq AİP sədri Mövsüm Səmədovu ziyarət edib

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Şurasının üzvü, tanınmış kinodramaturq, “Əsassız həbs edilmiş inanclı insanların Müdfiə Komitəsi”nin sədri E.Quliyev bu gün AİP sədri Mövsüm Səmədovla görüşüb.

Bu barədə E.Quliyev sosial şəbəkədə məlumat yayıb: “Bu gün mən 12 saylı cəzaçəkmə müəsissəsində dəyərli Hacı Mövsüm Səmədovla görüşdüm.

Hacı həmişəki kimi öz ləyaqətli duruşu və saf əqidəsi ilə dim-dik dayanıb. Əmin oldum ki, heç bir həbsxana, heç bir əzab-əziyyət, təzyiqlər onun imanını sarsıda bilməz və ən başlıcası, tutduğu haqq yoluna zərrə qədər də olsa kölgə sala bilməz. Çox optimist, yüksək əhval-ruhiyyəli və inamlı-ümidli idi.

Hamıya salam göndərdi, xalqımızı mübarək Ramazan ayı münasibətilə təbrik etdi və Allah-Təaladan hər kəsin oruc namazının qəbul olunmasını arzuladı”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button