AktualAktualArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran istehsalı olan vaksindən istifadə olundu: İnqilab Rəhbəri «Kovo İran Bərəkət» vaksininin birinci dozasını vurdurublar

Ali Rəhbər ayətullah Seyid Əli Xameneiyə bu gün yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı yerli “Covİran Bərəkət” peyvəndi vurulub.
Qafqaz.ir  xəbər verir ki, bu barədə Ali Rəhbərin ofisi məlumat yayıb.

Bildirilib ki, ayətullah Xameneiyə İran istehsalı peyvəndin ilk dozası vurulub.

Peyvənd vurdurduqdan sonra Ali Rəhbər bildirib:

“Bütün səhiyyə işçilərinə və elm adamlarına, bu işdə rolu olan həmkarlara təşəkkür edirəm. Onlar öz bilik və təcrübələri ilə ölkəni bu böyük və hörmət gətirəcək imkana sahib etmək, yəni Koronavirusa qarşı peyvəndin istehsalını həyata keçirmək üçün çalışdılar.

Uzun müddət öncədən mənə peyvənd vurdurmaq təklif olunurdu, lakin mən dedim ki, gözləyirəm İran daxilində Koronavirus əleyhinə peyvənd istehsal olunsun və öz yerli peyvənddən istifadə edəcəyəm. Bu milli şərəfi sözün həqiqi mənasında qorumalıyıq.

Bundan başqa, ölkə daxilində istehsal olunan peyvəndin növbə ilə vurulmasını nəzərə alaraq bildirmişdim ki, növbəm haçan yetişərsə, onda peyvənd olunacağam və bu gün növbəm yetişdiyi üçün peyvənd vuruldu.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button