ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Rusiya və Türkiyə prezidentləri Qarabağı müzakirə edib

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsi Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığının keçirildiyi barədə məlumat yayıb.

Qafqaz.ir  təşkilata istinadən xəbər verir ki, liderlər Türkiyə-Rusiya münasibətlərini və regional inkişaf məsələlərini müzakirə ediblər.

Telefon söhbətində 30 iyul tarixində Moskvada Birgə İqtisadi Komissiyanın iclasında Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması istiqamətində atılacaq addımlar müzakirə edilib.

Prezident Ərdoğan Şuşaya səfəri zamanı ermənilərin bölgədə törətdikləri dağıntıların şahidi olduğunu qeyd edib.

O, Ermənistanın sülh və əməkdaşlığa can atması lazım olduğunu qeyd edərək, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020 və 11 yanvar 2021 tarixlərində qəbul etdikləri üçtərəfli bəyanatların bəndlərinin tam yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button