Arxiv

İlham Əliyev hökumətinin İranla inadkarlıqları davam edir

İlham Əliyev hökumətinin rəsmiləri İranla əməkdaşlıq haqda bir daha ikili fikir bildirmələrə üz tutublar.

Belə ki , Az.R rəsmilərinin İranla əlaqələrin daha artıq genişləndirilməsi üzrə təmayüllərini bildirmələrinə rəğmən Bakı rəsmiləri Arazın şimalında İran qurumlarının fəaliyyət lisenziyalarının müddətini uzatmaqdan çəkinirlər.
Ekspertlər bildirirlər ki, İlham Əliyev hökuməti Bakıda İmam Xomeyni (r.ə) adına imdad komitəsinin nümayəndəlik ofisinin fəaliyyət lisenziyasının müddətini uzatmaqdan çəkinməklə qeyd edilən komitənin 20 ildən çox təmənnasız və humanitar yardımlarına qədər bilməzliyini nümayiş etdiribdir. .
Bakı medialarının verdiyi məlumata görə, İmam Xomeyni (r.ə) adına imdad komitəsinin Az.R-dakı nümayəndəliyi həmçinin İmam Əli (ə) adına tibbi klinika özlərinin fəaliyyət lisenziyalarının müddətini artırmaq üçün ötən ildən istək irəli sürmüşdülər. Amma əlaqədar azəri qurumlar verdikləri vədlərinə rəğmən cavab verməkdən imtina etmişdilər.
Qeyd etmək lazımdır ki, İranda əzəmətli islam inqilabının zəfər çalması ilə eyni zamanda İİR-nin banisi Həzrət İmam Xomeyni (r.ə) bir göstəriş ilə imdad komitəsini təsis etdi.
Bu komitənin təsis edilməsindən məqsəd İranın müsəlman xalqının bütün dünyadakı yoxsul müsəlmanlara yardımlarının çatdırılması olubdur. Qeyri-Hökumət Təşkilatı olan İmam Xomeyni (r.ə) adına imdad komitəsi bütün dünya müsəlmanları xüsusilə İranın müsəlman xalqının humanitar yardımlarını toplayaraq , bütün dünyada müsəlmanların simasından yoxsulluğu aradan qaldırmağa səy göstərir.
1991-ci milad ilinin dekabr ayında Az.R-nın müstəqilliyinin ardınca İmam Xomeyni (r.ə) adına imdad komitəsi bu müsəlman ölkədə öz fəaliyyətlərinə başladı.
Qeyd etmək lazımdır ki, İmam Xomeyni (r.ə) adına imdad komitəsinin Az.R-dakı nümayəndəliyi 20 il öncədən on minlərlə azəri yoxsul və Qarabağ müharibəsinin azəri didərginlərinə milyonlarla dollar humanitar yardımlar edibdir. Ailələrdə özünü təmin həddinə çatma layihələrinin icrası , qərzulhəsənə kreditlərinin verilməsi, təhsil yardımlarının təqdim edilməsi, ehtiyaclı olan təzə gəlinlərin cehizlərinin təmin edilməsi , nağd və qeyri-nağd yardımları və pulsuz tibbi yardımlar son 20 ildə İmam Xomeyni (r.ə) adına imdad komitəsinin Az.R-dakı humanitar fəaliyyətlərinin yalnız bir hissəsidir.
Az.R-nın müsəlman xalqı da son iki dekada ərzində İmam Xomeyni(r.ə) adına imam komitəsinin təmənnasız humanitar yardımlarını unutmayıblar və bu fəaliyyətlərin davam etdirilməsini istəyirlər.
Buna rəğmən İlham Əliyev hökumətindəki əlaqədar qurumlar İranın və İmam Xomeyni(r.ə) adına imam komitəsinin əvəzsiz yardımlarına ehtiyaclarının olmadığını iddia edirlər. Azəri rəsmilərin iddiaları elə bir halda ortaya atılır ki , dekabr ayının son günlərində dağlıq Qarabağ müharibəsinin azəri didərginlərindən biri iqtisadı və məişət problemlərinə görə , Az.R prezident aparatının polisinin təhriki ilə özünü yandıraraq , intihar etdi . Bu hadisə elə bir halda baş verdi ki , bu şəxsin bəzi ailə üzvləri öz atalarının intihar etməsini yaxından görürdülər.
Bu həqiqətlərin olması İlham Əliyev hökuməti rəsmilərinin bir çox yalanlarını ifşa edir. İlham Əliyev hökuməti İmam Xomeyni(r.ə) adına imam komitəsinin Bakı nümayəndəliyinin özünün humanitar fəaliyyətlərini dayandırmağa vadar etmək üçün etika qaydalarına sığmayan metodlarla o cümlədən bu nümayəndəliyin binasının soyunu kəsmə kimi hərəkətlər həyata keçirdi.
Bundan əlavə gündəlik olaraq onlarla ehtiyaclı azəri vətəndaşla pulsuz tibbi xidmətlər təqdim edən İmam Əli (ə) adına tibbi klinikanın fəaliyyətinin dayandırılması Az.R-nın müsəlman xalqının narazılığına səbəb olub. Hər halda , bütün Az.R-da qərbin onlarla özünün iraq xeyriyyəçi qurumunun sərbəstcəsinə fəaliyyət göstərdiyi bir halda İlham Əliyev hökuməti sırf olaraq iranlı qurumların fəaliyyətinin Bakı hakimiyyətinin mənafeyi ilə ziddiyyətdə olduğunu təsəvvür edir.
Ekspertlər bildirirlər ki, İlham Əliyev hökumətinin bu düşündürücü hərəkəti göstərir ki, azəri rəsmilər Az.R-nın xaricindən fərman alırlar və özlərini Arazın şimalında əcnəbilərin fərmanlarının icraçısı bilirlər.

İmdad Komitəsinin 20 illik yardımları və Az. R-nın nankorluğu

Az. R. İmam Xomeyni (r.ə) naminə İmdad Komitəsinin Bakı filialının fəaliyyətinin davam etdirməsinə mane olaraq bu komitənin humanitar fəaliyyətləri qarşısında nankorluğunu nümayiş etdirdi.

Qərbin onlarla üzdən iraq xeyriyyəçi fondu sərbəstliklə Az. R-da fəaliyyət etdiyi bir halda Az. R. İmdad Komitəsinin humanitar fəaliyyətlərinin qarşısını almaq üçün bu komitənin binasının suyunu kəsmək kimi əxlaqsız hərəkətlərə əl atır.
Az.R. əhalisinin İmam Xomeyni adına İmdad Komitəsinin 20 illik humanitar və əvəzsiz xidmətlər və yardımlarını unutmadığı və fəaliyyətlərini davam etdirməsini istədikləri bir halda Bakının əlaqədar orqanları bu komitəyə ehtiyacın olmadığını iddia edirlər! Sual ortaya çıxır ki humanitar yardımlara ehtiyac yoxdursa Qərb və sionistlərin dırnaq arası “Xeyriyyə fondu” nə üçün Az. R-da fəaliyyət göstərir?
Deyilənlərə görə İmdad komitəsinin Bakı şöbəsi ötən il şöbənin və İmam Əli adına klinikanın fəaliyyətinin davam etdirməsinə dair istəyini təqdim etmişdir amma bu tələb cavabsız qalmışdır.
İmam Xomeyni (r.ə) adına filiyalın fəaliyyətinin davam etdirməsinə dair istəyini təqdim etmişdir amma bu tələb cavabsız qalmışdır.
İmam Xomeyni (r.ə) adına İmdad Komitəsi təqribən 20 ildir ki, Qarabağ müharibəsinin 10 minlərlə yoxsul didərgini təmin edib və humanitar yardımları çərçivəsində Az. R-da milyonlarla dollar xərcləmişdir.
Özünü təmin layihələri icrası , bəhrəsiz kreditlər vermək, təhsil yardımları, gəlinlərin cehizini təmin etmək, maliyyə və digər yardılar və pulsuz tibbi xidmətlər, imdad komitəsinin 20 il müddətində Az. R. vətəndaşlarına etdiyi humanitar xidmətləri sırasına daxildir.
Dəfələrlə mərhum Heydər Əliyev tərəfindən təqdirə layiq görünmüş bu yardımlara baxmayaraq İmam Xomeyni adına İmdad Komitəsinin Az. R-dakı şöbəsi son iki ildə Az. R-nin sərt rəftarları ilə üzləşmişdir.
Az. R. iki il bundan əvvəl İmdad Komitəsinin yerləşdiyi binanın 30 illik kirayə etmə müqaviləsini də təhrif etməyi düşünüb onun fəaliyyətini dayandırmaq məqsədi ilə 30 ili 3 il qeydə alındığına israrlı oldu ki əlbəttə bu işdə uğur qazana bilmədi.
Az. R-nin baş nazirliyi humanitar yardımlar işləri üzrə sektorunda 2013-cü ilin əvvəlindən etibarən heç bir bildiriş verməyərək İmdad komitəsi ilə əməkdaşlıq etməsini dayandırmışdır və bu komitənin müdiri və onun müavininə vizada verilməmişdir.
İmam Xomeyni adına İmdad komitəsinin Bakı şöbəsinin bank hesabı dondurulduğu bir halda ötən ay Az. R-nin Ədliyyə Nazirliyi gülünc bir hərəkət olaraq İmdad Komitəsini illik maliyyə hesabatı verməyən Azərbaycanda fəaliyyət edən xarici qeyri-hökumət təşkilatlar siyahısına daxil etmişdir.
Ötən ildən etibarən İmdad Komitəsinin bəzi rayonlardakı filialları tətil edilib. Gəncə və Lənkəran şöbələri də hədə ilə üzləşmişlər.
İmdad Komitəsinə qarşı bəhanələr elə halda törədilir ki, rəsmi statistikalara əsasən Qərb və sionistlərə aid müəssisələr xeyriyyə adı altında Az. R-dakı fəaliyyətlərini genişləndirə bilir.
Bu müəssisələrin bəzisi o cümlədən Amerikanın milli demokratiya müəssisəsi Bakı rəsmilərinin öz dediklərinə istinadən aşkarcasına müxalifəti maliyyələşdirir amma onlara qarşı heç bir rəsmi reaksiya verilmir.
Az. R. əhalisi İmam Xomeyni (r.ə) adın İmdad Komitəsinin 20 illik humanitar və əvəzsiz fəaliyyətlərini təcrübə etdikləri halda sual ortaya çıxır ki, bu əvəzsiz yardımları təhqiramiz hərəkətlərlə cavablandırmaq insafsızlıq deyilmi?

irib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button