Arxiv

Bakı-İrəvan rəsmilərinin nəticəsiz görüşü

Az.R. və Ermənistan xarici işlər nazirlərinin cümə günü 24 yanvarda Parisdə keçirdikləri görüş bir daha nəticəsiz yekunlaşıb. Az. R. XİN-nin sözçüsü Elman Abdullayev bu müzakirələrin sıx və şəffaf keçirildiyini bildirib.

Az. R. Kütləvi İnformasiya Vasitələri məlumat veriblər: Az. R-nin xarici işlər naziri erməni həmkarı ilə görüşdə təkidlə bildirib: Ermənistan qüvvələri daha sürətlə Az. R-nin ərazilərini tərk etdikləri təqdirdə Qarabağ münaqişəsinin beynəlxalq qanunlar çərçivəsində dinc yolla həll edilməsi daha asanlaşar.
Bakı -İrəvan başçılarının Vyanadakı son görüşlərindən sonra xarici işlər nazirlərin Paris görüşləri 3-cü görüş sayılır. Minsk qrupu həmsədrləri 1999-cu il yanvar ayından Qarabağın sülh müzakirələrini Bakı və İrəvan rəhbərlərinə tapşırdıqlarından sonra iki tərəf arasında yüzlərlə görüş həyata keçirilib. Amma müzakirələrin hamısı nəticəsiz başa çatmışdır.
Əslində demək olar ki, 1999-cü ildən bəri Ermənistan və Dağlıq Qarabağ erməni yaraqlılarının mövqelərində çoxlu dəyişikliklər olmuşdur. Ekspertlərin qənaətincə bu dəyişikliklər Minsk qrupu həmsədrlərinin gizli və aşkar himayələrindən təsir almışdır. Ermənilər indiyə kimi təkcə D.Q-a sahib olmaq iddiası ilə çıxış ediblər amma iki on illiyin keçdiyindən sonra onların iddiası Az. R-nin bəzi digər ərazilərinə də şamil olur.
1992-1994 cü illərdə azəri erməni müharibəsində 40 min nəfərə yaxın azəri müsəlman həlak edildi və Az. R-nin vətəndaşlarından ibarət bir milyon nəfərdən çox insan didərgin düşdü. Bu didərginlərin vəziyyəti çox ağırdır və onlardan ibarət 10-larla nəfər indiyə kimi intihar edib və ya ağır xərcləri qəbul edərək Rusiya və bəzi Avropa ölkələrinə köçmüşlər. Vətəni tərk etməyən didərginlər isə iqtisadi və maaş baxımından çox ağır şəraitdədirlər. Regionda fəaliyyət edən müstəqil siyasi dairələrin sorğularına əsasən Qarabağ müharibəsi didərginlərinin çoxu kommunist hakimiyyətində yaşamağı hazırkı müstəqilliyə üstünlük veriblər.
Bu arada Az. R-da hakimiyyətdə olan məhdud kütlələr müstəqillik iddiası ilə çıxış edirlər. Təxminən cəmiyyətin 5 faizini təşkil edən bu kütlədən kənar Az. R. vətəndaşları müstəqillik və ərazi bütövlüyü ilə əlaqədar təkcə iqtisadi və maaş problemlərini təcrübə edir və ölkələrinin müstəqilliyini prinsipial tanımır.
Bu elə bir haldadır ki hələ də kommunist düşüncələrinə malik olan rəsmilər ,xalqı mübarək İslam dinindən uzaqlaşdırmağı düşünür. Belə bir şəraitdə Az. R. ərazisinin 20 faizinin itirildiyi bir halda rəsmi Bakı nəinki xalqın problemlərini həll etmir həmdə xalqın ölkə ərazisini işğaldan azad etməkdə düzgün addım atmasına da icazə vermir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button