ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranda prezidentin andiçmə mərasimi keçirilir

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının yeni seçilən Prezidenti İbrahim Rəisinin andiçmə mərasimi bu gün yerli vaxtla 17:00-da Tehranda baş tutacaq.

Məlumata əsasən, Tehrandakı mərasimə çox sayda xarici qonaq qatılacaq. İran Parlamenti-İslam Şurası Məclisinin Rəyasət Heyətinin rəsmi nümayəndəsi Seyid Nizaməddin Musəvinin sözlərinə görə, 73 ölkədən 115 nümayəndə açılışda iştirak etməyə hazır olduqlarını açıqlayıb.

Mərasimdə 10 dövlət başçısı, 20 parlament sədri, 11 xarici işlər naziri, 10 nazir və digər rəsmi şəxslər iştirak edəcək. Rusiya Federasiyasını Dövlət Dumasının sədri Vyaçeslav Volodin təmsil edəcək.

Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti də bu andiçmə mərasimində iştirak edəcək.

Andiçmə mərasimi zamanı Tehran və ətrafında olan hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button