ArxivIslamXəbər lentiXəbərlər

“Maarifçiliyə Dəvət” İB Şimalda xanım Rüqəyyanın şəhadət gününü qeyd edib

qafqaz.ir Hədəf14.az-a istinad  xəbər verir ki, bu gün imam Hüseyn (ə) – nin  azyaşlı qızı xanım Rüqəyyənin şəhadət günüdür.  Bununla bağlı ölkənin müxtəlif bölgələrində əzadarlıq məclisləri keçirilir. Həmin məclislərdən biri də,  “Maarifçiliyə dəvət”  İctimai Birliyin şimal rayonları  üzrə nümayəndələri  tərəfindən təşkil edilib.  Təşkilatçıların sözlərinə görə,  əzadarlıq məclisində birliyin üzvləri ilə birgə xeyli sayda dindar iştirak edib.

Əzadarlara Kərbəla müsibətindən, imam Hüseyn və onun tərəfdarlarının qanları bahasına sahibləndikləri zirvədən bəhs edilib.  Eyni zamanda xanım Rüqəyyənin qısa lakin şərafətli ömründən danışılıb.

Sonda birliyin sədri Elçin Manafovun təşəbbüsü ilə ehsan süfrəsi açılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button