ArxivXəbər lentiXəbərlər

Xüsusi təyinatlılar Qarabağ əlillərini vəhşicəsinə döydülər

Bu gün Gəncədə polislə Qarabağ əlilləri arasında qarşıdurma baş verib.

Hadisə yerindən verilən məlumata əsasən, qarşıdurmanın baş verməsinə səbəb polis əməkdaşlarından birinin Qarabağ əlili Ələsgərov Ruslan Rafiq oğlunu döyməsi olub.
Belə ki, məlumata əsasən, taksi fəaliyyəti ilə məşğul olan Ruslan Ələsgərov müştərisini Gəncədəki Mərkəzi Univermaqın qarşısında saxlayıb. Bu zaman onun özü də bir neçə dəqiqəlik avtomobilindən enməli olub. Həmin vaxt polis əməkdaşı Qarabağ əlilinə yaxınlaşaraq kobud şəkildə avtomobilini univermağın qarşısından çəkməyi tapşırıb.

R.Ələsgərov ona ayağının protez olduğunu bildirib və xahiş edib ki, cəmi 2 dəqiqə gözləsin. Ancaq onun xahişinə məhəl qoymayan polis əməkdaşı təpiklə vuraraq Qarabağ əlilini yerə yıxıb.

Ruslan Ələsgərov yerə yıxılarkən protez ayağı çıxıb. Bundan qəzəblənən Qarabağ əlili əlindəki əsa ilə polis əməkdaşına zərbə endirib. Nəticədə polisin burnunun qırıldığı deyilir.
Bildirirlir ki, polislə Qarabağ əlili arasındakı qarşıdurma tez bir zamanda böyüyüb. Belə ki, bundan xəbər tutan Ruslan Ələsgərovun döyüş yoldaşları, əlillər hadisə yerinə gələrək polisin özbaşınalığına etiraz ediblər. Onlarla yanaşı, əraziyə xeyli sayda polis əməkdaşı da cəlb edilib və nəticədə Qarabağ əlilləri ilə polislər arasında qarşıdurma yaranıb.

Sakinlərin də Qarabağ əlillərinə dəstək verdiyini görən polis əməkdaşları geri çəkilməyə məcbur olublar. Bundan sonra hadisə yerinə xüsusi təyinatlı çevik polis alayının əməkdaşları cəlb olunub. Onlar Qarabağ əlillərinə qarşı zorakılıq nümayiş etdirib və üstəlik, onlarla şəxs həbs olunub. Hadisə zamanı döyülən Qarabağ əlili Ruslan Ələsgərovun da həbs olunanlar arasında olduğu bildirilir.(hurriyyet.or)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button