ArxivXəbər lentiXəbərlər

Əli Şəmxani: “Rəsmi Moskva və Tehranın Suriyada müştərək qərargahı var”

“Rəsmi Moskva və Tehranın Suriyada müştərək qərargahı var”.
Bunu İranın Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Şəmxani deyib. O bildirib ki, müştərək qərargahda İran və Rusiya tərəfi Suriya Ordusu ilə müqavimət qüvvələrinə məsləhətlər verir: “Terrorizmlə mübarizə sahəsində regionun bəzi ölkələri ilə əməkdaşlıq edirik. Əməkdaşlıqlarda diplomatik danışıqlar və məsləhətləşmələr bəzi problemlərin həlli üçün lazımdır. Rusiya prezidentinin xüsusi nümayəndəsinin Tehrana sonuncu səfərinin də məqsədi bu olub”.

Onun sözlərinə görə, atılacaq addımların koordinasiyalı şəkildə olması razılaşdırılıb: “Bu gün Moskvadakı görüşdə İran, Türkiyə və Rusiya tərəfi əldə olunan razılıqların icrası üçün danışıqlar aparacaq”.

O deyib ki, Rusiya ilə İran terrorizmlə mübarizədə Suriyanın qanuni hökumətini dəstəkləməkdə davam edəcək: “Rusiya bizim müttəfiqidir”.

Ə. Şəmxani BMT TŞ-nin 2328 saylı qətnaməsini dağıdıcı fəaliyyətlərin davamı kimi dəyərləndirib və deyib ki, bu qətnamə terrorizmi dəstəkləyən ölkələrin hərbi və təhlükəsizlik ünsürlərinin Hələbə Beynəlxalq Sülhməramlı Qüvvələr adı ilə girməsinə zəmin yaradacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button