ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

20 nəfər Azərbaycan vətəndaşı Almaniyadan qayıdıb

Azərbaycan və Avropa İttifaqı arasında icazəsiz yaşayan vətəndaşların readmissiyası haqqında saziş çərçivəsində dekabrın 15-də 20 nəfər Azərbaycan vətəndaşı Bakıya qayıdıb.
Bu barədə cümə günü Azərbaycan Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir.
Vətəndaşların qəbulu koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
Reinteqrasiya üzrə işçi qrupu geri qayıdan vətəndaşların üzləşə biləcəyi mümkün çətinliklərin aradan qaldırılması üçün tədbirlər görür. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button