ArxivXəbərlər

20 ildir nəticə yoxdur

Image 2

Facebookda paylaşılan ən qalmaqallı fikirlər 

Vaqif İbrahimoğlu: Özünü ziyalı sayan hər kəs, ömründə heç olmasa bir dəfə tərcümə etməlidir.
Vüsal Hətəmov: Azərbaycanda kənardan dini təriqətlərin ixracına ehtiyac yoxdur, maarifçilik əvəzinə radikallıq, ehkamçılıq; qardaşlıq, tolerantlıq əvəzinə hədə-qorxu istehsal edir bu təriqət-məzhəblər. Necə olur ki qeyri-ənənəvi olan nurçulara, sələfi-vəhhabilərə bu ölkə tolerantlıq adı ilə yer verir və ənənəvi məzhəb-təriqətlərə tövsiyə olunur ki, bunlara qarşı tolerant olun, amma ki bunun qarşılığını biz görmürük?! Niyə bəs qeyri-ənənəvi məzhəb-təriqətlər dözümsüzlük göstərirlər? Necə olur ki, mən bir vətəndaş kimi onlara qardaş deyirəm, amma onlar bizə müşrik, qanıhalal kimi baxırlar?
Anar Məmmədov: Amerikanın demokratiyası onun başının düz ortasına dəysin. Ən böyük diktator rolunu elə ABŞ oynayır.
Salam Sarvan: Oğlum, indi sənə bir şey deyəcəm, ancaq qorxma. Məsələ bu ki, işgəncələr qarşısında sınan, mövqeyini dəyişən adamları xəyanətkar hesab eləmirəm. Müqəddəs dəyərlər insanların fizik və psixoloji imkanlarıyla müəyyənləşməsə yaxşıdı. Təzyiqlər müqabilində geri çəkilməmək qəhramanlıq deyil, nisbi dözümlülük, nisbi güclülük əlamətidi. Geri çəkilmək də heç əqidəsizlik əlaməti deyil. Gəl belə danışaq da, təkcə siyasət yox, elə mədəniyyət də mümkün olanları həyata keçirmək dəyəridi- məhz mümkün olanları.
Əhmədov Qoşqar: Ərdoğan ABŞ və İzrailin tam mənalı peşkasıdı.
Bəxtiyar Əhməd: Harda tökülən qan varsa, orada Amerikanın əli vardır. Mən bir şeyi bilirəm ki, əgər bəşəriyyət müharibələrdən qurtulmaq istəyirsə, mütləq və mütləq Amerikanın bir dövlət kimi məhvinə nail olmalıdır.
El Hüseynov: Nə qədər acı da olsa bir həqiqəti qəbul etməliyik ki, biz sərbəst dövlət qurub onu qanunlar çərçivəsində idare etmək və vətəndaşların azad inkişafını təmin etmək səviyyəsinə çatmamışıq. Müstəqilliyimiz geosiyasi fəlakətin nəticəsi olub -bir sözlə əlimizə göydən düşüb. Ondan istifadə etməyi bacarmırıq.
Elçin Bayramlı: Öz aramızdı, Stalin Trotskini vaxtında ifşa edib zərərsizləşdirdi, yoxsa indi çoxdan bazar iqtisadiyyatına keçmişdik.
Sapand Sapand: Əlimdə imkanım olsa idi, Azərbaycanda olan bütün avropa-amerika şirkətlərini 24 saat ərzində qovub atradım çölə. Neyliyəcəklər, bizimlə müharibə edəcəklər? Lukaşenko bizdən pis yaşayır?
Sabir Şindani: İndi də Türkiyə Suriya ilə düşmənçilik edir. Heç dəxli var? Sən get İsraillə, ABŞ-la düşmənçilik et, əsil müsəlmansansa, bu nədir vahabilər kimi özünü aparırsan?
Nizami Məmmədov: Bu ölkədə İrandan başqa sanki heç bir başqa dövlət gizlin iş aparmır. Bəlkə bu günə kim bir İsrail və yaxud da ABŞ şpionunun tutulduğunun şahidi olmusunuz?
Siyavuş Novruzov: İsgəndər Həmidovun atası dana oğrusu idi. Ordan-burdan heyvan oğurlayırdı.
Sərdar Həmidov: İsgəndər Həmidov mənim qardaşımdır. Ağlı yoxdur, başını tamam itirib. Dəlidir, ağlı çatmır. Böyürdən-başdan qızışdırırlar, özləri də çəkilib durur qıraqda.
Taleh Məmmədov: Cəmil bəy niyə hirslənir? “Yolumuz Rəsulzadə-Elçibəy yoludur” deyəndə bilmirdi ki elə onun qabağına bu yolun bərkgedənləri olan Hafizi və Matişkəsifət Qüdrəti çıxaracaqlar?! Vaxtiykən aşınıza tökdüklərinizdir çıxıb qaşığınıza! Nə qədər deyərlər ək çəkin bu Elçibəy yolundan! Elçibəy yolu balığ hafizlərdir, qüdrətlərdir, canım sənə desin donqili sərdarlardır! Dərs olsun!
Məmmədov Aqil: Kürdlər qətiyyən ari deyillər. Sadəcə ari olaraq assimilyasiyaya məruz qalıblar, amma əslində kürdlər yəhudi köklüdür. İngilis yazıçı Kevin Brooksun “Kürdlərlə yəhudilər arasında genetik istiqrazlar” kitabında da bu məsələyə toxunulur.
Rauf Eldaroğlu: Şuşada heç döyüş olmamışdı, camaat bankı-zadı çapıb-talayıb qaçmışdı, adı da olmuşdu erməni talayıb. 2 gün boş Şuşaya erməni qorxusundan girməyib.
Günel Mövlud: Əkrəm Əylisliyə böyük hörmətim, hətta sevgim var. O, bu ölkədə doğrudan da yazıçı adlanacaq tək-tük adamlardan biridir. Öz nəsli arasında isə yeganə yazıçıdır. Əsl qələm adamıdır. Amma bütün hörmətimə rəğmən, əminəm ki, Əylislinin “Daş yuxular” əsərini ancaq onun naxçıvanlılığına bağışladılar. Gəlin səmimi olaq. O əsəri başqa yazıçı, məsələn, Elçin, Anar, Seyran Səxavət yazsaydı, onu məhv eləmişdilər. O yazarın aqibəti dəhşətli olardı. Amma Əkrəm müəllimin sadəcə adlarını, titullarını-zadı alıb, rahat buraxdılar. Ətini yedilər, sümüyünü atmadılar. Xalq da bir az atlanıb-düşdü, sonra sakitcə oturdu yerinə.
İlkin Abbasov: Ərəblərlə yəhudilər eyni köklüdürlər, semitdirlər, hətta illüminat klubun 20 faizinden çoxu ərəbdir, klubda ikinci gücdürlər… Hətta ərəblər yəhudilərdən də betərdilər.
Atilla Əli Ağazadə: Qarabağ davasını bir helə kənara qoyun. Çünki oturun fikirləşin, dostlarınızın kim olduğunu bir daha seçin. Son 20 ildə Azərbaycanın tutduğu dostlar- Türkiyə, ABŞ, İsrail, Böyük Britaniya, Fransa. Kənarda isə daha vacib olkələri qoydular- Rusiya, İran, Çin, Hindistan. Halbuki Azərbaycanın bu xalqlarla böyük tarixi yaxınlığı var. Azərbaycanın uduzması bundan başlayır- düz-doğru dost seçməməkdən. 20 ildir nəticə yoxdur, ona görə ki müttəfiqləri düz deyil. Rusiya, İran, Çin və Hindistan kimi ölkələrlə müttəfiqliyini qursun, ondan sonra baxın görün Qarabağ məsələsi həll olur ya olmur- avtomatik həll olacaq. Bizə və erməni xalqına şübhəsiz ki sülh lazimdir.
A kişi bizə rus lazımdı: Xalq acdır, işsizdir, təhsil və səhiyyə məhv edilib, Diyarbəkir fəhləsi Bakıda at oynadır. Xalq rusun bazarında qazandığını Təbrizdə, Ərdəbildə həkimə xərcləyib şəfa tapır. Reallıq bundan ibarətdir. Reallıq odur ki, xalq Cəmil Həsənli, Rəsulzadə, türk-turan, azad seçki və söz azadlığı hayında deyil. Xalqın axşam evə çörək aparmaq kimi fundamental problemi var. Həmçinin qeyrət deyilən bir anlayış var. Qeyrəti olan bir insanın xoşuna gəlməz ki, Anadolunun hansısa kəndindən gələn türk fəhləsi onun millətindən olan qadınlara fahişə kimi baxsın. Sizi bilmirəm, mənim Türkiyədə qardaşım yaşamır. Mənim qardaşım 30 milyon azərbaycanlıdır, onlar da İranda yaşayırlar, şükr Allaha, qeyrətləri də namusları da göz qabağındadır.
Mətləb Pero: Pulsuz-parasız İrana da gedin, Türkiyəyə də. İranda düşmən saydığınız farslar sizi evinə qonaq aparıb, axıra kimi qulluğunuzda durmaqla, yol pulunuzu da verib yola salacaq. Sinov getdiyiniz Türkiyədə isə tam əksi olaraq, küçələrdə sərgardan olub qalarsız, heç adam yerinə sayan da olmaz. İnanmayanlar, İrana müalicəyə gedənlərdən soruşa bilər.
Azər Qasımov: Arxanızdan muğayat olun,ora da kürd bayrağı sancmasınlar… Təklif edirəm ki, evdən çıxanda,əllərinizi arxanızda tutub yeriyəsiniz… Bu həm tərbiyəli, quzu kimi olmağın göstəricisidir, həm də təhlükəsizlik tədbiridir… bilmək olmaz eyyy… hardan gəlib qəflətən sancılar, dartıb çıxara bilməzsiniz… ehtiyatlı olun.
İsgəndər Həmidov: Siyavuş Novruzovun anasını öz anam, bacısını öz bacım hesab edirəm.
Leyla Əliyeva: Rus milləti heç vaxt sevməyib evreyləri. Çıxıb getmişdilər İsrailə rusların başı sakit idi.
Söyün Sadıqov: Deputat Siyavuş Novruzova çox acıqlıyam. Onun məni təhqir etməsinə görə onun dilini qopardaram. O necə xalqın deputatıdır ki, xalqın yanına bir ordu cangüdənlə gedir.
Asim Məmmədov: Avrasiya Birliyi özünün mənəvi-ideoloji liderləri qismində Vladimir Putin başda olmaqla A.Xameneyini, M.Əhmədinejadı, B.Əsədi, U.Çavesi, A.Lukaşenkonu və sitat “murdar sionistləri öz ölkələrinə buraxmayan bütün dövlət başçılarını” qəbul edir. Gördüyünüz kimi bu siyahıda həm islamçı, həm də sosialist liderlər var. AB bu iki quruluşun hər birini məqbul sayır.
Hüseyn Zülfüqari: Naxçıvan ya Azərbaycan hökumətinə tabe olmalı, razılaşma və qanunlara riayət etməlidir. Yaxud da əgər Naxçıvanın ayrı proqramı varsa və Azərbaycandan ayrı bir prosesi izləmək istəyirsə, biz öz işimizi bilməliyik.
Atilla Hüseynov: AKP hökuməti Türk Müəssisələrinin 80%-ni yəhudi iş adamlarına satıb.
Oktay Hacımusalı: Vallah kim nə deyirsə desin, mən bəzilərinin yerinə sadəcə və sadəcə utanıram. Təkcə onların yox, yaxın qohumlarının da həmçinin. Lənətə gələsən, Sem dayı! Sorosun uşaqları bu ölkənin gəncliyini nə günə qoydular, İlahi? İndi onlar artiq soyunmağı müasirlik, pozgunluğu liberallıq kimi dərk və qəbul edirlər. Tabu deyilən şeyləri yıxanda elə bilirlər ki, vəssalam qəhrəmanlıq edirlər.
İlqar Salmanov: Azərbaycan TV-lərinə baxmağın bir adı var- Özünə hörmətsizlik!
Telman Nurullayev: Biz Gömrük İttifaqına ona görə getməliyik ki, 5 milyon azərbaycanlını Rusiya saxlayır. Məhsullarımızın əsas bazarı da Rusiyadır. Gömrük İttifaqında müəyyən güzəştlər olacaq ki, məhsullarımızı gömrükdən rahat keçirək.
Əli Zabidov: Müxalifət adlı mini marketlər elə iqtidarındı. O qədər demokratiya satdılar ki, daha alan yoxdur. İndi super market açmaq istəyirlər.
Aleksandr Duqin: Azәrbaycan-Rusiya münasibәtlәrindә yeni sәhifә açılır vә bu sәhifәdә Azәrbaycan qarşısına cox ağır şәrt qoyulur: bundan belә ABŞ, AB vә Qәrb kimi kәlimәlәri әbәdilik unutmaq.
Misir Əskərov: İsraildən heç kim xeyir görməyib və görməyəcək də, o ki qaldı Azərbaycan ola.
Axmad Kadırov: Suriyada olan cihad uydurma cihaddır. Suriyada baş verənlər fitnədən başqa bir şey deyil. Dünyada cihad üçün yeganə uyğun məkan Fələstindir.
Rəmzi Rəsul: Ərazisi bizim işğal edilmiş torpaqlardan az olan, hava məkanında təyyarələrin belə məşq edə bilmədiyi, ərazisində heç bir çay axmayan, heç bir yeraltı və yerüstü sərvəti olmayan, Şimali Afrikadan daş kömür gətirərək enerji istehsal edən İzrail kimi kiçik bir dövlətin illik büdcəsi 177 milyard dollar necə təşkil edir? İslam ölkələrinin qanını içib, sərvətini talamaqla…
Samir Belil: Gömrük İttifaqı sadə azərbaycanlı üçün xoşbəxt gələcək vəd edir. Azərbaycanın gələcək taleyi Gİ-dadır.
Mahir Əliyev: Qardaş, biz necə müstəqilik ki, neft n qədərdir, amma yəhudilər bank kreditləri ilə bizi soyur. Müstəqillik budur?
Aydın Xan Əbilov: Eybimizi örtən farslar, ərəblər, ruslar… Dəhşətdir, yenə də təkrarlayıram, başqa milətlərin əsarətində olanda Nizamilər, Füzulilər, Tusilər, Nəsimilər yetişdirdik, amma özümüz bir balaca müstəqil olan kimi indiki durumumuz tarixən təkrarlanıb. İndi kimin vəzifəsi varsa, dövlət hesabına -amma oxu, bizim sizinlə cibimizdən ödədiyimiz vergilər sayəsində- onun da zay-zay kitabları buraxılır, tamaşaları oynalılır, filmləri çəkilir: arada 3-4 dələduz da qazanmağında! İstedadlı, fitri talantı olanlar isə elə əzilir, elə kənarda qoyulur ki, adam bu məmləkətdə doğulmağa nifrət edir. Ağıllı insanları çörək parası dalıyca dilənçiliyə mübtəla edən cəmiyyətə lənət olsun! Bu isə belə davam edə bilməz və partlayanda qəlpələri hər kəsin gözünə batacaq!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button