ArxivXəbər lentiXəbərlər

2 aya yaxındır ki, qaz olmayan ev “qazdan” neçə partladı? – Bir ailəni kim məhv etdi?

Bakının “Sovetski” adlanan ərazisində ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanvarın 9-da yanğınla nəticələnən partlayış baş verib.
Süleyman Tağızadə küçəsində baş verən yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatında bildirilir.
Məlumatda deyilir ki, partlayış dalğasının təsirindən evin çöl divarı bir tərəfinin daşıyıcı divarı həyətdə dayanmış “Tofaş” markalı avtomobilin üzərinə aşıb.
Yanğının baş verdiyi ərazidə yaşayan sakinlər bildiriblər ki, onlar qaz sızması ilə bağlı məlumatın doğruluğuna şübhə edirlər.
Səbinə Babayeva ərazidə iki aya yaxındır ki, qaz olmadığını bildirib: “Bundan əlavə, mediada evin taxtadan olması ilə bağlı yayılan xəbərlər də doğru deyil. Həmin küçədə söküntü işlərinin gedirdi, 15-ə yaxın ailə isə evlərindən çıxmaq istəmirdi. Yanğından sonra bir neçə ailə köçməyə razılaşdı. Söküntü işləri başlayan gündə mən dəfələrlə aiddiyyatı qurumlara müraciət etdim. Hətta Fövqəladə Hallar Nazirliyinə belə ərizə yazmışam ki, bir gün burada faciə baş verəcək, bu cür söküntü işi aparmazlar. Sonunda faciə baş verdi”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button