ArxivŞəxsiyyətlərXəbər lentiXəbərlər

19-cu əsirdə şiələrin rəhbəri olan İçərişəhərli Turab Axundzadə

Həzrət Ayətullah amirzə Əbu Turab, Qafqaz məntəqəsinin görkəmli alimlərindən, ali məqamlı fəqihlərindən biridir. O, 1817-ci ildə qədim Bakı şəhərində, yəni İçərişəhərdə anadan olmuşdur. Mədrəsə dərslərini və dini hövzənin bir sıra müqəddimə dərslərini “Mirzə Həsib Qüdsi” mədrəsəsində öyrənib, ardınca, bir sıra ali səthi dərsləri Bakının böyük alim və ruhanilərindən təhsil almışdır. Cavan yaşlarında Nəcəfi-əşrəf dini hövzəsinə yola düşmüş və bir neçə il bu müqəddəs hövzədə “Sahibi-Cəvahir” kimi məşhur olan Həzrət Ayətullahül-üzma Şeyx Məhəmməd Həsən Nəcəfi, Ayətullah Ağa Seyid İbrahim Qəzvini, Ayətullah Şeyx Məhəmməd Hüseyn Razi İsfəhani və bir ehtimala əsasən də, Şeyxi-əzəm Ayətullahül-üzma Mürtəza Ənsari kimi böyük alimlərdən dərs almışdır. Bununla da o, müctəhidlik məqamına ucalmışdır. O, bir müddət müüəddəs Mədinə şəhərinə gedərək, orada Həzrət Peyğəmbərin (s) hərəminin və Bəqi qəbiristanlığının kənarında məskunlaşmışdır. Oradakı bəzi alimlərdən bəhrələnib, elmi-mənəvi məqamlarını təkmilləşdirmişdir.

Bunun ardınca doğma yurduna qayıdaraq, Bakının “Əmircan” məscidində camaat namazı, dini maarifləndirmə, təbliğ, moizə, həmçinin digər dini-mədəni fəaliyyətlərlə məşğul olmağa başladı.

Şübhəsiz, Mirzə Əbu Turab Qafqaz məntəqəsinin on doqquzuncu əsrdəki ən böyük və əzəmətli alimlərindən biridir. O, bu məntəqənin işarə etdiyimiz tarixdəki dini rəhbərlərinin zirvəsində qərarlaşmışdır.

Bu əzəmətli alim, zahid, təqvalı, dünya bər-bəzəklərinə qarşı etinasız, mənəvi üstünlüklərə malik bir şəxsiyyət idi. Hətta ona bir sıra kəramətlər də nisbət verilir.

O, zamanının hadisələrinin mahiyyətini dərindən anlayır, şiə dünyasının öndə gedən əsas alimlərinin malik olduğu geniş və aydın dünyagörüşə sahib idi. Dəfələrlə zamanının rəsmi dövlət və məzhəbi orqanları tətəfindən ona müxtəlif vəzifələr təklif edilsə də, qəbul etməmişdir. Əksinə, Qafqaza nəzarət edən despot rus hakimiyyəti dövründə şiələrin mənəvi rəhbərliyini öz öhdəsinə almışdır.

Bu ilahi alim, 1910-cu ildə vəfat etmişdir. Pak cənazəsi Qafqaz məntəqəsinin rəsmi dövlət məqamları, alimləri və xalq tətəfindən ehtişamlı mərasimlə Mərdəkandakı şəxsi bağında torpağa tapşırılır. İndi də şərafətli məzarı məntəqə xalqının ziyarət yeridir. Müqəddəs ruhunun bərəkətləri artıq olsun.

Hazırladı : Hədəf14.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button