ArxivIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

1887-ci ildə Bakının şəri qazisi Maştağalı Əbdülvəhab Badkubei

Həzrət Ayətullah MirƏbdülvəhhab Badukubei, Qafqaz məntəqəsinin əzəmətli alimlərindən bə ali məqamlı ruhanilərindən biridir. O, dəuərli və əzəmətli Ağa Seyid Yusifin oğludur. 1842-ci ildə Bakıda Maşdağa qəsəbəsində dünyaya gəlmişdir. Mədrəsə fərslərini, dini hövzənin bəzi müdəddimə, ibtidai dərslərini və bir sıra ali səthli dərsləri atasının və mənyəqənin başqa ruhanilərinin hüzurunda öyrənmişdir. Sonra cavan ysşlarında müqəddəs Məşhəd şəhərinin dini hövzəsində daxil olmuş və neçə illər uzunu Həzrət Əli ibn Musa ər-Rzanın (ə) mübarək hərəminin kənarında dini təhsil almağa məşğul olmuşdur. Onun buradskı ustadlarının kimi olması haqqında heç bir məlumat yoxdur.

Badkubei bir müddət sonra Nəcəfi-əşrəf dini hövxəsinə səfər edir. Orada Ayətullahel-üzma Ağa Seyid Hüseyn Kuhkəməri, Ayətullahül-üzma Mirzə Hüseyn Xəlili Tehrani, Ayətullahül-üzma Mövla Məhəmməd Fazil İravani və Ayətullahel-üzma Mirzə Həbibullah Rəştinin elminfən bəhrələnərək, dini elmlərdə uca müctəhidlik məqamına sahib olmuşdur. Sonra bir müddət Dəməşqə getmiş və orada yaşamışdır. Ardınca öz doğma vətəninə qayıtmış və orada, xüsusilə də Bakı ərazisinfə yerləşən Mərdəkan üəsəbəsinfə dini fəaliyyətlətə başlamışdır. O, burada moizə, dini təbliğ, ilahi maarifinin yayılması və İslam elmlərinin tədrisi ilə məşğul olmuşdur. 1887-ci ildə Qafqaz Müsəlmanları Ruhani İdarəsi tərəfindən Bakı şəhərinin şəri qazisi vəzifəsinə təyin edilmişdir. Uzun illər bu vəzifədə çalışmışdır. Sonra bu ilahi və əzəmətli alim, 1912-ci ildə vəfat etmiş və pak bədəni ehtişamlı mərasimlə yaşayıb, yaratdığı Mərdəkan qədəbəsində torpağa tapşırılmışdır.

Daim Allahın rəhmət sayəsinfə qərar tutsun.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button