ArxivXəbər lentiXəbərlər

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

1991-ci il oktyabrın 18-də Azərbayvcan 20-ci əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşub

1988-ci ildə başlayan Milli-Azadlıq Hərəkatının nəticəsi olaraq 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Həmin il dekabrın 29-da keçirilən ümumxalq səsverməsində iştirak edən Azərbaycan vətəndaşları yekdilliklə dövlət müstəqilliyini dəstəklədi.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.

1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir. 18 oktyabr Azərbaycanın yenidən öz müstəqilliyini əldə etməsi günüdür. Müstəqilliyin yenidən əldə olunması Azərbaycan xalqına ağır mübarizə və şəhid qanları hesabına başa gəlib. 

QAFQAZ.IR

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button