AktualAktualArxivIslamXəbər lentiXəbərlər

12 Fərvərdin; İran xalqının öz taleyini təyin etmədə iştirak və həmrəylik günü

Bu gün 12 Fərvərdin İranda “İslam Respublikası” günü, izzətin təmin və ölkənin taleyinin xalq tərəfindən təyin edilməsi üzrə milli iradə və istəyin təcəlli etdiyi gündür.

12 Fərvərdin 1358-ci ildə (31 mart 1379) bəşəriyyət tarixində müstəqillik və azadlıq uğrunda mübarizələrə daha birisi əlavə olundu və bu hadisəni müasir tarixin misilsiz hadisəsi adlandırsaq, yanılmarıq.

İran xalqı İslam İnqilabının qələbə çaldığı ilk günlərdə öz imamı və rəhbərinə ləbbeyk deyərək, seçkilərdə tam agah iştirakı ilə “İslam Respublikası”nın lehinə səs verdi və elə ilk andan dünyaya öz taleyinə hakim kəsildiyini bəyan etmiş oldu.

12 Fərvərdin 1358-ci ildə İran xalqı təyinedici iştirakıilə İslam İnqilabı dönəmində ilk seçkidə iştirak edərək, İran xalqının yerinə qərarların qəbul edildiyi dövrünün artıq başa çatdığını və öz imamı və rəhbərinin yolunu davam etdirəcəyini dünyaya göstərmiş oldu.

İran xalqı İnqilab Rəhbəri tərəfindən “Müqavimət İqtisadiyyatı; istehsal və məşğulluq” adlandırılan cari ildə də ikiqat artıq səy göstərməklə İran İslam Respublikası quruluşunun aliliyi yolunda addımlamağa və İslam İnqilabının hədəf və məqsədlərinə aparan yolda sürətlə irəliyə doğru hərəkət etməyə çalışacaq.(azeri.sahartv.ir/)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button