ArxivIslamXəbər lentiXəbərlər

1 dəqiqəlik moizə: Dünyada aldadırsan, axirətdə belə deyil…

“Allahı aldada biməzsən. Dəqiq bilin: mömini bazara, evdə, cəmiyyətdə aldatdınsa Allahı aldatmağa cəhd etmisən. Allahı aldada bilərsən? Mümkün deyil. Dünyada aldadırsan, axirətdə belə deyil. Axirət batini aləmdi. Hər şey aşkar olacaq, yalan, haqq aşkar olacaq. İnsanı qəbrə qoyanda Allahın təkliyini soruşacaqlar. İmamət haqda sorğu olunacaq. Rəvayətə görə qəbirdə ərəb dilində soruşacaqlar. Amma belə deyil ki, ərəblər cavab verəcək. Mədinədən bir ərəb, əgər Vilayəti qəbul etməyibsə, Allaha düzgün itaəti, ibadəti olmayıbsa cavab verə bilməyəcək. Çünki, axirət batini aləmdir. Ona görə, bu gün ehtiyyatlı olmaq lazımdır, diqqətli olmaq lazımdır. İnsan özünü indidən düzəltməlidir. O kəslər ki, özünü təzkiyə etmədi, tərbiyyə olunmadı, bir hadisə çıxan kimi özünü itirir. Başqa vaxt ağzından “dürr” tökülür, mömindi… Amma; elə ki, biri bunun dalınca danışdı bu özünü itirər, ağzına gələni deyər.

İki cür iman var. Mizban və mehman. Mizban ev sahibi, mehman isə qonaq. Mehman gedər, mizban da qalıcıdır. İmanımız mehman olmamalıdır, mizban – ev sahibi omalıdır. Bir sözlə iman qəlbə yazılmalıdır. Əgər qəlbə yazılmasa səthi olar, gəlib gedər, hadisələrdə özünü itirər. Günü gündən Tohidimiz təkmilləşməlidir. Hər gün günahdan çəkinməliyik, belə olsa Allaha yaxınlaşarıq, əksi olsa uzaqlaşarıq. Allaha tərəf qayıtmalıyıq.

“İnna Lillah İnna ileyhi raciun” – Allahdan gəlmişik ona tərəf qayıtmalıyıq. Rəvayətlərin zahiri və batini mənası olur. Məsələn “Vətəni sevmək imandandır”, zahiri məna budur ki, vətənimizi sevməliyik. Torpağımızı işğaldan azad etməliyik, etiraz etməliyik, düşmənə qarşı vuruşmalıyıq. Əgər torpaq işğaldadısa başı aşağıyıq, dilimiz də qısa. O vaxt ki, torpaqlar azad olar, onda başımızı qaldırarıq.

“Vətəni sevmək imandandır” hədisinin batini mənasında vətən gəldiyimiz və qayıdacağımız yerə aiddir. Yəni “Vətən Allahdır” yəni Ondan gəlmişik, ona tərəf qayıdacağıq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button