ArxivXəbər lentiXəbərlər

“Əyyami Fatimə” də şadlıq məclisləri qurmaq olarmı sualına ilahiyyatçıdan cavab – Müsahibə

Tarixdə Xanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı iki tarix göstərilmişdir. Onların hansının səhih olması indiyə qədər dəqiq müəyyən oluna bilməmişdir.
Ona görə də Xanımın (s.ə) şəhadətinin əzadarlığı ilk tarixdən başlayaraq, ikinci tarixə qədər davam edir ki, bu dövrə Əyyami-Fatimə (s.ə) deyirlər. Bəzi hədislərə görə şəhadət tarixi Cəmadiul-əvvəl ayının 13-dür. Bəzilərinə görə isə Cəmadius-saninin 3-dür.
 Xanımın (s.ə) şəhadəti ilə bağlı əza saxlamaq üçün xüsusi hədislərimiz yoxdur. Ancaq hədislərimiz bizə buyurur ki, bizim şadlığımızda sevindiyiniz kimi qəmimizdə də qəmlənin.
 İmam Rza (ə) Rəyan ibni Şəbibə buyurur: “Əgər behiştin ali dərəcəsində bizimlə olmaq istəyirsənsə bizim qəmimizə qəmlən, şadlığımıza sevin”. (Tebyan)
Bir çox mərcəyi təqlidlər də bu əyyamın lazımi səviyyədə keçirilməsinə təşviq edir və özləri də əza məclislərində iştirak edirlər.
Bu və digər ailləri əsas tutaraq və Hədəf14.az olaraq suallarımızı “Corat Cümə Məscidi”nin axundu, ilahiyyatçı hacı Sahib Məmmədova ünvanladıq.
Hacı, “Əyyami-Fatimə” deyildikdə nə başa düşülür? Bu barədə nə danışa
 Deməli, “Əyyami-Fatimə” İslamda xüsusi əhəmiyyətə malik olan günlərdir. Hz. Peyğəmbərin (s.ə) əziz qızı, İmam Əlinin (ə) əziz xanımı, xanımlar xanımı Xanım Zəhranın (s.ə) şəhadət günləridir. Yəni iyirmi gün Xanıma (s.ə) əza saxlanılır, onun adına məclislər keçirilir və mərasimlər təşkil olunur. Xanım Zəhra (s.ə) Peyğəmbərimizin sevimli qızı, dünya xanımlarının,  hətta Cənnət əhlinin xanımıdır. Düzdür ki, az ömür sürüb, ancaq bərəkətli ömür sürüb. Qurani-Kərimin Kövsər surəsi kiçik bir surə də olmasına baxmayaraq böyük  mənası var.  Burada Kövsər surəsi Peyğəmbərə (s.ə) Xanım Zəhra (ə) haqqında nazil olub. Kövsər surəsində buyurulur: “ Ya Peyğəmbər, biz sənə kövsəri bəxş etdik” Hz.Zəhra (s.ə) Peyğəmbərə (s.a) Allahın hədiyyəsidir. Onun vasitəsiylə Peyğəmbərin nəsli davam edir. Qısa müddət ərzində Xanım Zəhra (s.ə) atasından sonra müsibətlər görmüşdür. Həm Hz.Əlinin (ə) başına gələn müsibətlərin şahidi olmuş, həm də özünün başına müsibətlər gəlmişdir. Tarixi menbelerde qeyd olunur ki, xanım atasinin olumunden 75-95 gun sonra vefat etmişdir.  Bunu da xüsusi qeyd etmək lazımdır ki, Xanım Zəhra (s.ə) vilayət yolunda, yəni Hz.Əlinin (ə) mövlalığı yolunda ilk şəhid qadındır. Xanım Zəhra (s.ə)  atasını itirdiyinə görə, həm də Hz.Əlinin (ə) haqqı əlindən alındığına görə narahat olur. Bu yolda çalışır, hətta Mədinə məscidində məşhur Fədəkiyyə xütbəsini oxuyur. Xanım Zəhra (s.ə)  istər kişilər üçün, istər xanımlar üçün nümunəvi bir xanımdır. Hər bir insan Xanım Zəhranın (s.ə)  həyatını özünə nümunə götürməli, onun sözlərini, onun həyatını öz həyatı ilə uyğunlaşdırmalıdır. Əyyami-Fatimiyyədə də inanclı insanlar bu məclisləri təşkil etməklə, Hz. Fatimənin həyatını, məqamını öyrənir və istəyirlər ki, Xanım Zəhranın həyatını öz həyatlarına tətbiq etsinlər. Çox yaxşı olar ki, bu günlər ərzində məscidlərdə, hüseyniyyələrdə Xanım Zəhra (s.ə)  məclisləri keçirilsin. Hətta evlərdə belə yaxşı olar ki, inanclı insanlar Xanımın adına məclislər təşkil etsinlər, ehsanlar versinlər.Belə məclislərdə Xanımın məqamını öyrənsinlər, təbliğ eləsinlər. Bu cəhətdən Fatimiyyə günləri əhəmiyyətlidir. Xanım Zəhranın(s.ə) həyatını öyrənmək, onun yolunu davam etdirmək üçün ən əlverişli günlərdir. Xanım Zəhra (s.ə) da elə bir insandır ki, bunları cavabsız qoymaz. Qiyamətin günün də onun ən böyük şəfaəti olacaq ki, Allah bu şəfaəti də bizlərə nəsib edər in şə Allah.
Hacı, bu günlərdə şadlıq məclisləri keçirtmək olarmı?
“Bəli “Əyyami Fatimə”də şadlıq etmək şəriyyətdə nə qadağandır, nə də haramdır. Amma yaxşı olar ki, Xanım Zəhranın (s.ə) hörmətinə bu günlər Xanım Zəhraya həsr olunsun. Dediyimiz kimi məclislər təşkil olunsun. Bu günlər Xanımın müsibətli günləridir, ağlayan günləridir. Ona görə də, Xanımın (s.ə) adını əziz tutub, yaxşı olar ki, şadlıq məclislərindən çəkinək. Hər halda bu günlərdə şadlıq məclislərini təşkil etmək haram sayılmır, qadağa qoyulmur. Yəni bir nəfər istəsə ki, şadlıq etsin heç bir eybi yoxdur.  Amma yenə də deyirəm,  yaxşı olar ki, bu günlərin hörmətin şadlıq mərasimlərini saxlasınlar. Hətta qeyri-inanclı insanlar belə gəlsinlər məcsid və məclislərə, öyrənsinlər ki, hansı günləri yaşayırıq. Bu günlərin hörmətini saxlayaraq, şadlıq məclislərini bu günlərdən sonraya saxlasınlar. Qarşıdan əlamətdar günlər- mövlud günləri, Xanım Zəhranın(s.ə) mövludu gəlir ki, şad günlərini o günlərə salsalar lap yaxşı olar.
Bu günlərin xüsusi namazı yaxud da duası varmı?
“Bəli, Xanım Zəhranın adına bir namaz var ki, hədislərdə də qeyd olunur. Çox əhəmiyyətli bir namazdır. İki rükətdən ibarət bir namazdır. Xanım Zəhraya (s.ə) hədiyyə olaraq, hədiyyə namazı niyyəti ilə qılınır. Eynilə sübh namazı kimi namazı qılıb qurtardıqdan sonra Xanımın təsbihini (34 dəfə Allahu Əkbər, 33 dəfə Sübhənallah, 33 dəfə Əlhəmdulillah) deyirsən. Sonra səcdəyə gedib “Ya Mövlati Ya Fatimə əğisini” zikrini 100 dəfə demək lazımdır. Sonra sağ üzü möhürə qoyub 100 dəfə, sonra sol üzü möhürə qoyub, 100 dəfə həmin zikri demək lazımdır. Sonra yenə alnı səcdəyə qoyub 110 dəfə bu zikri demək lazımdır. Cəmi 410 dəfə bu zikri səcdə halında təkrar edirsən. Sonra istəyin nədirsə onu deyirsən in şə Allah ki Allah qəbul edər.Yaxşı olar ki, Xanımı yad etmək məqsədilə Xanıma aid digər zikr və duaları tapıb oxumaq və zikrləri etmək insanın həyatına böyük faydası vətəsiri var. Allah edilən bütün ibadətləri qəbul etsin”!
Hazırladı: Xatun Etibarqızı

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button