ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

əxtiyar Hacıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döyüldüyünü bildirib(yenilənib)

Bəxtiyar Hacıyev altısaatlıq saxlanmadan sonra sərbəst buraxılıb. Lakin son günlər Daxili İşlər Nazirliyinin rəhbərliyilə bağlı dərc olunan tənqidi yazılar onun Facebook səhifəsindən yox olub.

Hacıyev bildirib ki, onu günorta evdən ofisə gedərkən mülki geyimli şəxslər saxlayıb. “Mən onların kim olduğunu bilmədim, ona görə də müqavimət göstərdim. Məni zorla maşına mindirib “bandotdel”ə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) apardılar. Orada bir az başıma və əllərimə vurmağa başladılar. Nalayiq sözlərlə təhqir etdilər.

Sonra idarə rəisinin yanına apardılar. Faktiki olaraq, məni hədələdi ki, əgər Daxili İşlər Nazirliyinin rəhbəri Vilayət Eyvazovun haqqında başqa bir şey yazsam, mənə pis olacaq. Sonra Vilayət Eyvazov və Fuad Muradov (hökumətyönlü fəal) haqqında yazılarımı sildilər”, – Hacıyev bildirib.

Onun sözlərinə görə, hakimiyyət ona Şuşaya getməyə icazə verməyib, ama Fuad Muradova icazə veriblər. Fəal qeyd edib ki, Daxili İşlər Nazirliyinin ünvanına tənqidlər də məhz bununla bağlı olub.

O qeyd edib ki, bugünkü saxlanma ilə bağlı heç yerə şikayət etmək niyyətində deyil. “Kimə şikayət edim? Əgər bu ölkədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi cinayətkarların əvəzinə fəalları, jurnalistləri, siyasətçiləri təqib edirsə, o zaman şikayət etməyin mənası yoxdur. Vətəndaşlıqdan çıxmaqla bağlı dövlət başçısına müraciət etmişəm”, – Hacıyev deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button