AktualAktualArxivXəbərlər

Ərdoğandan şok tələb: “Nə ABŞ, nə də İraq İŞİD-ə qarşı əməliyyat aparmasın”

Türkiyənin baş  naziri Rəcəb Tayyib Ərdoğanla  ABŞ  prezidentinin müşaviri  Bayden arasındakı telefon danışığının pərdəarxası məlum olub.

İlk  zəng  Türkiyənin İraqda baş verənlərə mövqeyini öyrənmək üçün  Baydendən gəlib. Bayden Türkiyənin  baş vermiş hadisəylə bağlı necə bir siyasət yürütdüyünü, bazarlıq olub -olmadığını öyrənmək istədiyi  məlum olub. Bayden Ərdoğandan  Türkiyənin bölgəyə yönəlik hər hansısa əməliyyatlar keçirib keçirməyəcəyini, Mosuldakı əsirlərin azad edilməsi məqsədi ilə  həmlə edib-etməyəcəklərini də soruşub. Ərdoğan isə Türkiyə vətəndaşlarını risqə atacaq hər hansısa addım atmayacaqlarını, müttəfiqlərini də belə əməliyyatlardan çəkinməyə çağırıb.

Əməliyyat düşünməyin

Bayden və Ərdoğanın telefon danışığı zamanı , ABŞ rəsmisi ölkəsinin əsirlərin geri qaytarılması üçün Türkiyəyə dəstək verdiklərini bəyan etdi Ərdoğan Türkiyə olaraq soyuqqanlı  şəkildə hərəkət etdiklərini, bölgədəki fərqli qaynaqlardan mütəmadi olaraq informasiyalar aldıqlarını deyib. Ərdoğanın sərt şəkildə Baydendən bölgədə  heç bir əməliyyatın aparılmamasını tələb etdiyi bildirilir. O, bunun türk əsirlərin ziyanına işləyə biləcəyini və bunun Türkiyə üçün, qırmızı xətt olduğunu deyib. “Nə ABŞ, nə də İraq hökuməti bölgədə hansısa bir əməliyyat aparmasın”.

Ərdoğan zəng etmədi

Verilən məlumatlara görə, Türkiyə indiyə kimi  kimsədən yardım istəməyib. Ərdoğan heç bir dövlət rəhbərinə zəng etməyib. Almaniya kansleri Merkel də, Bayden də özləri Ərdoğana zəng ediblər. /avropa.info/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button