ArxivIslamXəbər lentiXəbərlər

Ərdoğan: Qüds gedərsə Məkkə və Mədinə də gedəcək – Video

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İstanbulda keçirilən toplantıda Qüds şəhərinin əldən veriləcəyi təqdirdə müsəlman dünyasına baş verə biləcək çox böyük təhlükələr barədə xəbərdarlıq edib.

Qafqaz mədəniyyət mərkəzi-T. Ərdoğan bildirib ki, Qüds şəhəri əldən verilərsə Mədinə, Məkkə və nəticədə Kəbə evi də işğalçı qüvvələrin istilası altına düşəcək.

“İndi Qüds üzərindən bütün Orta Şərqi, bütün müsəlmanları hədəfə lan yeni hücum başlayıb. Bu mövzuda ilk addımları böyük ölçüdə atdıq, inşallah ardını da gətirəcəyik. Bunu yaxşı bilirik ki, Qüds gedərsə Mədinəni qoruya bilmərik. Mədinə gedərsə Məkkəni qoruya bilmərik. Məkkə gedərsə Kəbəni itirərik. Unutmayın Qüds demək İstanbul deməkdir, İslamabad deməkdir, Cakarta deməkdir. Mədinə demək Qahirə deməkdir, Şam (Dəməşq) deməkdir, Bağdad deməkdir. Kəbə demək bütün müsəlmanlar olaraq hamımızın şərəfi, namusu, qüruru, ləyaqəti, varlıq qayəəsi deməkdir. Biz bunların heç birindən vaz keçə bilmərik. Allahın əmrinə və əcdadın əmanətinə sahib çıxmaq üçün nə lazımdırsa onu edəcəyik” – deyə Ərdoğan çıxışını türkiyəli şair Necip Fazilin “Müjdə” şerinin “Rəbbimin lütfü ilə batmayan günəşin doğuşuna inşallah az qaldı” misrası ilə tamamlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button