ArxivXəbər lentiXəbərlər

Ərdoğan Osmanlı imperiyasını bərpa etmək istəyir

Bulqaristanın türksoylu icma azlığının rəhbəri Türkiyə prezidentinin siyasətlərini tənqid edərək demişdir: “o, Osmanlı imperiyasını bərpa etmək istəyir”
Bulqaristanın türksoylu icma azlığının rəhbəri Əhməd Doqan Türkiyə prezidenti R. T. Ərdoğanı Osmanlı imperiyasını bərpa etməkdə ittiham etmişdir. Fransa agentliyinin raportuna əsasən o, Türkiyə dövlətinin 16 aprel referandumunu keçirmək üçün hədə-qorxu və təzyiq yaratmasından nigəran olduğunu bildirmişdir. Bulqaristanın ən böyük böyük türksoylu icma partiyasının rəhbəri habelə demişdir: “Türkiyənin daxili çarpışmalarının Balkan və Avropa regionuna yayılmasından təəccüblənmirəm”. Bulqaristan ötən cüməaxşamı günü bu ölkənin seçkilərinə Türkiyənin müdaxiləsinə etiraz olaraq Ankaradakı səfirini geri çağırmışdır. Bulqaristan Türkiyənin bu ölkənin ümumi seçkisində birinci dəfə iştirak edən türksoylu icma azlığı partiyasını aşkarcasına dəstəkləməsini tənqid etmişdir. Bulqaristanda 700 min nəfər türk yaşayır. Türkiyə konstitusiyasında islahat aparmaq məqsədilə 16 apreldə referendum keçiriləcəkdir. Türkiyə rəsmiləri türksoylulara təbliğ məqsədilə Avropaya müxtəlif səfərlər planlaşdırırlar. Buna baxmayaraq ötən neçə gün ərzində Almaniyada neçə müvafiq plan ləğv edilmişdir. Bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlunu aparan təyyarənin Hollandiyada enməsinə icazə verilməmişdir. Bu da Türkiyə ilə Holladiya arasında yaranan problemi intensivləşdirmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button