ArxivXəbər lentiXəbərlər

Ərdoğan: Müsəlmanlar düşmənlərin qarşısından geri çəkilməyəcəklər!

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyadakı iki məsciddəki müsəlmanlara hücum edən terrorçuların hərəkətlərini alçaqcasına və əxlaqsız adlandırıb.

“İbadət edən silahsız insanları güllələmək alçaqcasına və əxlaqsızcasınadır”, – deyə o bildirib.

Yeni Zelandiyadakı terror aktını törədənin yaydığı “manifest”ə diqqət çəkən Ərdoğan deyib: “Qatil İslam dünyası, Türkiyə və şəxsən mənim ünvanıma təhdidlər səsləndirib”.

O qeyd edib ki, müsəlmanlar radikal və islamofobların təzyiqləri qarşısında geri addım atmayacaqlar və onların səviyyəsinə də enməyəcəklər.

“Milli və dini mənsubiyyətindən asılı olmayaraq, Türkiyə silahsız insanların öldürülməsinin yolverilməzliyi məsələsində prinsipial mövqeyə sahibdir”, – deyə vurğulayıb.

Ərdoğan əlavə edib ki, Yeni Zelandiyadakı terror aktı zamanı 3 türk də xəsarət alıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button