ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ərdoğan İran prezidenti İbrahim Rəisini təbrik edib

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

Bu barədə Anadolu agentliyi məlumat yayıb,

Məlumatda bildirilir ki, Türkiyə prezidenti iranlı həmkarını vəzifəsinə rəsmən başlaması münasibətilə təbrik edib.

Tərəflər qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə ediblər.

Həmçinin məlumatda vurğulanır ki, Əfqanıstan məsələsi tərəflərin müzakirə etdiyi beynəlxalq məsələlərdən biri olub.

Qeyd edək ki, Ərdoğan Rəisi ilə telefon danışığından sonra Əfqanıstan prezidenti Əşrəf Qəni ilə də danışıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button