AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbil valisi: Ərdəbil və Azərbaycan Respublikası arasında münasibətlər möhkəmlənir

Məcid Xudabəxş: “Əyalətdə geniş layihələrin həyata keçirilməsi istiqamətində Ərdəbil-Azərbaycan Respublikası münasibətlərini möhkəmləndirməyi nəzərdə tutmuşuq.”
Qafqaz Mədəniyyət Mərkəzi – Çərşənbə günü Səfəvilərə aid konfransda işirak etmiş Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş jurnalistlərə açıqlamasında bildirib ki, son illərdə Azərbaycan ölkəsinin bir sıra məsulları İran və Ərdəbilə səfər etmişdir. Qarşılıqlı olaraq Ərdəbil əyalətinin və İranın məsulları da Azərbaycan Respublikasına səfər etmiş, müxtəlif sahələrdə əməkdaşlıqlar edilməsi məsələləri araşdırılmışdır.
Ərdəbil və Azərbaycan Respublikası arasında mədəni və dini ortaqlıqlara toxunan vali deyib: “Azərbaycan Respublikasının məsulları ilə görüşlərdə yaxşı nailiyyətlər əldə etmişik və azəri tərəfi müxtəlif sahələrdə iştirak etməyə razılıq bildirib.”
M. Xudabəxş xarici investorların iştirakı üçün Ərdəbildə böyük potensialların olduğunu vurğulayaraq deyib: “Əyalətdə investisiya qoyan daxili və xarici investorları dəstəkləyirik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button