AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbil universitetləri tələbələrinin Azərbaycan və Niceriya şiələrini dəstəkləyən aksiyası

Əhli-Beyt (ə) aşiqləri ilə həmdərd olan bir qrup tələbə Ərdəbil Azad İslam Universitetinin önünə toplaşaraq Azərbaycanın Nardaran qəsəbəsində və Niceriyada baş verən son hadisələrə öz etiraz və hiddətlərini bildiriblər, bir daha “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları veriblər.

Qafqaz Mədəniyyət Mərkəzi – Universitet Ali Rəyasətinin Ərdəbil əyalətinin dini və siyasi qurumları üzrə nümayəndəsi doktor Məhəmməd Ruhi İsalu məzlum şiə şəhidlərini dəstəkləmək məqsədilə təşkil olunmuş etiraz aksiyasında çıxış edərək, son günlərdə şiələrə qarşı vəhşiliyi və onların şəhid edilməsini məhkum edib və bu rüsvayçı əməllərin arxasında İsrailin məkirli siyasətinin dayandığını deyib.

Etiraz aksiyasında universitet tələbələrinin, universitetlərin siyasi və elmi qurumlarının, bəsictələbələr birliklərinin ortaq bəyanatı oxunub.

Bəyanatda deyilir: İslam həmişə zorakılıq və ekstremizmlə müxalif olmuşdur və tarix boyu böyük zorakılıqlar qərbdən gəlmişdir. Bu alçaq hərəkət məhkumdur. Niceriya ölkəsnin hərbçilərinin İmam Rzanın (ə) şəhadəti günü bu ölkənin əzadarlıqla məşğul olan şiələrinə hücumu İsrailin rüsvayçı tarix səhnəsidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button