AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbil tələbə bəsiciliyi: Azərbaycanın Milli Məclisinin deputatlarının İranı aşağılaması onların məyusluğunu göstərir

Ərdəbil tələbə bəsiciliyi bəyanat verərək bildirib: Azərbaycan Respublikasının bir neçə deputatının İranın dövlət və şərəfli xalqına qarşı cəfəngiyyatı və hörmətsizliyi Azərbaycan Respublikası parlamentinin acizliyini, məyusluğunu və onun nümayəndələrinin İran İslam Respublikasının bənzərsiz iqtidarı qarşısında bacarıqızlığını göstərir.
Qafqaz Mədəniyyət Mərkəzi -Ərdəbilin Tələbə Bəsicliyinin mövqeini izah edən şura bəyanat verərək Azərbaycan Respublikası Milli Məclisinin bir neçə deputatının İranın dövlət və şərəfli xalqına qarşı cəfəngiyyatı və hörmətsizliyini məhkum edib.
Bəyanatda Azərbaycan Respublikası Milli Məclisinin bir neçə deputatının İranın dövlət və şərəfli xalqına qarşı cəfəngiyyatı və hörmətsizliyinə toxunularaq deyilir:
Qabaqlar da görünmüş belə həyasızcasına açıqlamalar Azərbaycan Respublikası parlamentinin acizliyini, məyusluğunu və onun nümayəndələrinin İran İslam Respublikasının bənzərsiz iqtidarı qarşısında bacarıqızlığını göstərir.
Bəyanatda əlavə edilir: Tarix özü şahiddir ki, İran İslam Respublikası həssas zamanlarda və ərsələrdə, xüsusilə də Qarabağ məsələsində daim Azərbaycan Respublikasını dəstəkləmiş və müdafiə etmişdir. Qarabağ müharibəsində İranın bir çox hərbi komandirləri müşavirə məsələləri üçün Azərbaycan Respublikasına ezam oldu və bu ölkənin müqaviməti uğrunda çoxlu köməklər etdilər.
Bəyanatda daha sonra deyilir: “Belə nəzərə gəlir ki, bu cür təhqirlər və absurd açıqlamalar Azərbaycan Respublikasının öz ağaları Amerika və sionist rejiminə qulluq çərçivəsində həyata keçirilir və Azərbaycan Respublikasının sionist rejiminin xəlvət həyatına çevrilməsi iddiasını daha artıq reallığa yaxınlaşdırır”.
Bəyanatın davamında Azərbaycan dövlətinin bu ölkənin məzlum şiələrinə zülm etməsinə toxunulur. Həmçinin deyilir: “İranın nüvə alimlərinin terror edilməsində sionist rejimin kəşfiyyat xidməti ilə əməkdaşlıq və qondarma rejimin casus pilotsuz təyyarəsinin Azərbaycan Respublikası ərazisindən qalxaraq İran səmasında uçması Azərbaycan Respublikası dövlətinin İran İslam Respublikasına xəyanətlərindən nümunələrdir”.
Bəyanatın sonunda Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının İran dövləti və xalqı əleyhinə mənfur hərəkəti məhkum edilməklə yanaşı ölkəmizin diplomatiya aparatlarınaİran xalqının hüquqlarınınqorumasınaciddi surətdə təkid edilir, Azərbaycan Respublikasının dövlət adamlarına və Milli Məclisinin deputatlarına xəbərdarlıq edilir ki, Amerikanın, sionist rejimin və onların müttəfiqlərinin uğursuz siyasətlərinin ardınca getməkdən çəkinsinlər və regionda rüsvaycasına məğlubiyyətə uğrayan diktatorların taleyindən ibrət dərsi alsınlar.
Ərdəbil Universitetlərinin Tələbə Bəsiciliyi mövqeini izah edən şuranın bəyanatını imza edənlər:
Ərdəbil Əllamə Təbatəbai Fərhəngiyan Universitetinin Tələbə Bəsicliyi
Ərdəbil Bintul-Huda Sədr Fərhəngiyan Universitetinin Tələbə Bəsicliyi
Nir Azadeqan Fərhəngiyan Ali Təhsil Mərkəzinin Tələbə Bəsicliyi
Nəmin Peyam Nur Universitetinin Tələbə Bəsicliyi
Nir Peyam Nur Universitetinin Tələbə Bəsicliyi
Rəzey Peyam Nur Universitetinin Tələbə Bəsicliyi
Ərdəbil Razi Texniki Təhsil Mərkəzinin Tələbə Bəsicliyi
Ərdəbil Fatimə (s.ə) Texniki Təhsil Mərkəzinin Tələbə Bəsicliyi
Ərdəbil Novin Özəl İnstitutunun Tələbə Bəsicliyi
Müqəddəs Ərdəbili Özəl İnstitutunun Tələbə Bəsicliyi
Ərdəbil Kənd Təsərrüfatı elmi-praktiki İnstitutunun Tələbə Bəsicliyi
Nəmin Novin Texnologiya İnstitutunun Tələbə Bəsicliyi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button