AktualAktualArxivIslammədəniyyatQarabağŞəkil​SONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ərdəbil Məhdiyyəsində Qarabağ şəhidləri anıldı-Foto

Ərdəbil Məhdiyyəsində Qarabağ şəhidlərinə anım mərasimi keçirilib.

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil Əyalətinin Fatimə-Zəhra (ə) Qərargahının təşəbbüsü ilə şənbə günü bu şəhərin Məhdiyyəsində səhiyyə protokollarına riayət etməklə Qarabağ şəhidləri üçün anım mərasimi keçirilib.

 

Mərasimdə höccətül-islam vəl-müslimin Nasiri Qarabağ müharibəsində şəhid olan Azərbaycan əsgərlərinin xatirəsini uca tutub, onların şəhadəti münasibətilə Azərbaycan xalqına başsağlığı verib və bu ölkənin torpaqlarının əsas hissəsinin 27 il Ermənistanın işğalda qalmasından sonra azad edilməsi münasibətilə təbrik edib.

Höccətül-islam Nasiri Azərbaycan xalqının dindarlıq və Əhli-beytə (ə) məhəbbətindən söz açaraq deyib: “İran İslam Respublikası birinci Qarabağ müharibəsində Azərbaycan Respublikasına hərtərəfli dəstək verdi, hərbi sahədə də bu ölkə hökumətinin və xalqının yanında oldu.”

Xətib son müharibədə Vəliyyi-fəqihin azərilər yaşayan şimal-qərb əyalətləri üzrə təmsilçilərinin və ölkə başçılarının Azərbaycana dəstəyini çox mühüm olduğunu vurğulayıb və bildirib ki, Ali Məqamlı Rəhbər “Qarabağ İslam torpağıdır” buyurduğu kimi biz həmişə və hər bir halda Azərbaycan xalqının yanında olacağıq.

Mərasimin sonunda iştirakçılar Qarabağ şəhidlərinin ruhuna Fatihə oxuyublar və dualar ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button