Aktual

“Biz Avropa qurumlarına çox minnətdarıq”

Azərbaycan prezidenti İlham Əliyev Brrüsselə Avropa İtttifaqı rəhbərliyi ilə danışıqlarda  başçılıq etdiyi hökumətin Avropanın enerrji təhlükəsizliyinin təminində rolunu davam etdirəcəyini və Azərbaycan Respublikasında  heç bir siyasi məhbusun olmadığını deyib!

İlham Əliyev deyib : “Azərbaycan Avropaya mümkün qədər yaxın olmaq istəyir”.

İlham Əliyev iddia edib : “Azərbaycan Avropaya yaxın olduqca, inkişafa, demokratik inkişafa bir o qədər çox imkanlar olur.

“Biz Avropa qurumlarına çox minnətdarıq. Mənim fikrimcə, demokratik inkişafda və insan haqlarında əməkdaşlıq Azərbaycana yüksək beynəlxalq standartlar səviyyəsində siyasi islahatlar həyata keçirməyə imkan verdi” İlham Əliyev deyib.

Avropa İttifaqı Şurasının prezidenti isə bildirib ki, Azərbaycan prezidenti ilə Avropanın qaz təchizatına dair Cənub Qaz Dəhlizi layihəsinin icrasını da müzakirə ediblər. Onun fikrincə, Avropa İttifaqi ilə Bakı enerji sahəsində əməkdaşlıqda indiyə qədər xeyli uğurlar əldə edib amma görüləsi işlər də hələ çoxdur.

Prezident İlham Əliyev isə Dağlıq Qarabağ münaqişəsinə dair Bakının mövqeyini təkrarlayıb.

Daha sonra İlham Əliyevlə Joze Manuel Barozzo jurnalistlərin suallarını cavablandıran zaman Avropa Komissiyasının prezidenti Azərbaycanın Sovet İttifaqının – azadlıqların olmadığı totalitar rejimin bir hissəsi olduğunu xatırladıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button