AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbil əhalisinin Azərbaycan və Niceriya dövlətlərinin cinayətlərini məhkum edən BƏYANATI

Ərdəbil əhalisinin Azərbaycan və Niceriya dövlətlərinin cinayətlərini məhkum edən BƏYANATI

Bismillahir-rəhmanir-rəhim

Bu günlərdə Azərbaycan, Niceriya və Pakistanda müsəlmanların və imam Hüseyn (ə) əzadarlarının öldürülməsi və qanına qəltan edilməsi ürəkyandırıcı səhnələri İranın şərəfli xalqını bərk narahat etmiş, hamını heyrətdə qoymuşdur.

Hamıya məlumdur ki, sionist mərkəzləri və sionist rejimlə koalisiya quran təkfirçi vəhabilərİslam ölkələrində nüfuzu ələ keçirmək məqsədilə Amerika və Səudiyyə Ərəbistanının fikri istiqamətləndirməsi, təşkilatçılığı və maliyyə dəstəkləri ilə dünyanın hər bir yerində formalaşmış islami  oyanışı boğmağa cəhd edir və bu hədəflərini həyata keçirmək üçün insanları qətliam edirlər.Lakin, Allahın lütf və inayəti, ilahi ayələrin hökmü ilə kafirlərin bu cəhdləri nəticəsiz qalacaqdır: “Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır”.

Bu arada şiələr və Əhli-beyt (ə) ardıcılları dünya imperializmininicra etdiyi cinayətlərinə daha artıq məruz qalıblar.Əvvəl Azərbaycan Respublikasında, sonra isə Pakistan və Niceriyada dövlət ordusunun və radikal ünsürlərin murdar əlləri Əhli-beyt (ə) ardıcıllarının və şiələrin qanını bulaşdı. İnsanlığa qarşı çıxan güc və hökumətlər öncədən təyin olunmuş məkirli planlar və yalan ittihamlarla müsəlmanları qanlarına boyadılar və yüzlərlə insanı həbs etdilər. Hələ də həbs edilənlər haqqında bir məlumat verilmir. Azərbaycan Respublikasında ruhani və dindarlar repressiyaya məruz qaldı, dindar şəhərlər mühasirəyə alındı, əhalinin su,qaz və işığı kəsildi. Niceriyanın şiələr yaşayan bölgələrində diktatorluq, repressiya, məzlum və günahsız xalqın öldürülməsi elə bir həddədir ki, şəhid olanlar və yaralıların sayı barədə dəqiq məlumat əldə etmək mümkün deyil.

İranın şərəfli xalqı, xüsusilə də şəhidlər yetişdirən vəƏhli-beyt (ə) sever Ərdəbil əhalisi Azərbaycan və Niceriya dövlətlərinin cinayətkar və terrorçu hərəkətlərini məhkum edir, İslam ölkələrinin şəxsiyyətləri və başçılarından, humanitar təşkilat və qurumlardan, alim və təqlid mərcələrindən, insan hüquqları təşkilatlarından və Birləşmiş Millətlər Təşkilatından bu mövzuya diqqət ayırmalarını və cinayətkarların cəzalandırmasını istəyir.

Habelə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyindən istəyirik ki, öz qanuni və islami vəzifəsinə əməl edərək sözü gedən mövzunu izləsin və bu cinayətə qarşı uyğun reaksiya versin, bu ölkələrlə bütün sahələrdə münasibətlərinə yenidən baxsın.

Zülm edənlər, hansı dönüşə dönəcəklərini mütləq biləcəklər!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button