Aktual

“ƏRƏFƏ” GÜNÜ VƏ ONUN ƏMƏLLƏRİ BARƏDƏ + ƏRƏFƏ DUASİ

Məlum on iki aydan dördünü haram edən Allah bunların arasında Zilhəccəni də seçmişdir. Zilhəccə ayının 10 günü xüsusilə fərqlənir. Bu on günün içərisində daha fəzilətlisi isə Ərəfə günüdür. Zilhəccənin 9-cu günü kimliyindən, rütbəsindən, mənsəbindən, var-dövlətindən asılı olmayaraq hər bir insan ehram geyinərək burada toplanır. Ehramlı omaq Allahın ziyarət edilməsini göstərdiyi yerləri ziyarət edən şəxsin əldə etdiyi xüsusi vəziyyətdir. Buna görə, hacı ona halal olan bir çox şeyi etməkdən məhrumdur. Məsələn, dırnaq və tükləri kəsmək, ətir vurmaq, evlənmək, zövcəsi ilə yaxınlıq etmək, nalayiq sözlər sərf etmək, qışqırıb-bağırmaq, mübahisə etmək, ayaqqabı geymək, ağac kəsmək, ov etmək və s. Burada həcc ibadəti özünün ən yüksək zirvəsinə yüksəlir. Hacılar Ərəfat dağına yollanır, orada öz arzu və istəklərini Allaha bildirir, düşünürlər.

Ərəfat Həzrət Cəbrayılın (Ona salam olsun!) Həzrət İbrahimi Məkkənin ətrafındakı “Həram” bölgədə gəzdirərək, ona həccin bütün rüknlərini öyrətdiyi və Adəmin Həvva ilə görüşdüyü yerdir. Ehramını geyinib Məkkədən çıxan insan şərqə – Ərəfata doğru yola çıxır. Yerin ən bəsit parçasından – torpaqdan yaradılan və yer üzünün xəlifəsi olan insan öz hərəkətlərinə biliklə başlayıb. İnsan daha sonra öyrəndiklərini yaxşıca dərk edib. İnsan qismən palçıqdan, qismən də Allahın bəxş etdiyi ruhdan yaradıldığı üçün onun iradəsi və əzmi palçıqdan Allahın bəxş etdiyi ruha hicrət etməyə yardımçı olacaqdır. Ərəfat buradakı üç mərhələdən ilkidir. Digər mərhələlər isə Məşərül-həram və Minadır.

Ərəfat bir günlük ziyarət məkanıdır. İnsan burada gün batanadək dualarını Allaha ərz edir. Milliyyətindən, dilindən, mənsəbindən asılı olmayaraq insanlar – Allahın bəndələri bir araya gəlirlər. Burada insan düzənlik, qum və ümmandan başqa heç nə görmür. Günəşin şəfəqləri altında insan acizliyini dərk edir, Allahın birliyini, yaradıcı və hər şeyin sahibi olduğunu, bir gün yenə Ona qayıdacağını düşünür:

“Biz Allahdanıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq” (“Bəqərə”, 156).

Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-beytinə) bir hədisində: “Allah Ərəfə günündə olduğu qədər heç bir gündə qullarını atəşdən azad etməyib” – deməklə bundan dolayı şeytanın rəzil olduğunu bildirib: “Şeytan Ərəfə günündə olduğu kimi heç bir gündə bundan daha alçalmış, daha qəzəbli görkəmdə olmaz. Buna səbəb onun Allahın rəhmətinin endiyini və Allahın böyük günahları bağışladığını görməsidir”. Ərəfə həm də Allahın Ərəfə günü yaranan mənzərəyə görə, mələklərin qarşısında fəxr etdiyi gündür.

Ərəfə günü Uca Allah nəinki Ərəfatda olanları bağışlayır, hətta orada olmayan, dünyanın dörd bir tərəfində məhz Ərəfə günü dua edib bağışlanma diləyən müsəlman qullarını da bağışlayar. Elə isə həcdə olmayanlar bu gündə ibadətlərini artırsınlar!

Ərəfə günü oruc tutmağı da yenə Peyğəmbərimiz (Allahın salamı olsun Ona və pak Əhli-beytinə) tövsiyə edib: “Bu günün orucu bir ilin günahlarına kəffarədir”.

Günəş batarkən, Ərəfatda durma sona çatır. Artıq qaranlıqdır və nəyi isə görmək qeyri-mümkündür. Buna görə də nə bilik, nə də hikmətdən söz gedə bilər. Ərəfatda günəşin batması ilə insanlar günbatana, qərbə – Məşərülhərama yönəlirlər:

“Ərəfatdan qayıdarkən Məşərülhəramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin)” (əl-Bəqərə, 198).

Nəticə:

– Ərəfə günü günlərin ən fəzilətlisidir.

– Ərəfə günü Allahın ən çox sayda insanı Cəhənnəmdən azad etdiyi gündür.

– Ərəfə günü Allahın yer əhli ilə göy əhli (mələklər) qarşısında fəxr etdiyi gündür.

– Ərəfə günü şeytanın ən çox alçaldığı, qovulmuş və qəzəblənmiş olduğu gündür.

– Ərəfə günü həcc mərasiminin zirvə nöqtəsinə çatdığı gündür.

– Ərəfə günü Zilhəccə ayının seçilmiş mübarək ilk 10 gününün zirvəsidir.

– Ərəfə günü edilən dua duaların ən fəzilətlisidir.

– Ərəfə günü tutulan oruc bir ilin günahlarına kəffarədir.

– Ərəfə günü Allahın öz dinini tamamladığı gündür.

– Ərəfə günü Rəsulullahın (Allahın salamı olsun Ona və pak Əhli-beytinə) vida xütbəsi söylədiyi gündür.

Zilhəccə ayının 9-cu gecəsi mübarək bir gecədir. Bu gecə münacat və dua gecəsidir. Bu gecə dua və tövbələr qəbuldur. Bu gecəni ibadətlə keçirən adama 170 ilin ibadətinin savabı veriləcəkdir.Allahın rəsulu, əzəmətli peyğəmbərimiz buyurur: “Allah-taala heç bir gündə, ərəfə günü qədər bəndələrini cəhənnəm odundan azad etmir” (“Kafi”, 4/336) Bu gecə və gündüzdə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbbidir: 1. Salavat; 2.İmam Hüseynin (ə) ziyarəti; 3.Zöhr və əsr namazından sonra və ərəfə duasını oxumamışdan qabaq açıq havada iki rəkət namaz qılmaq; 4. “Subhanəllahi vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər” zikrini, “Tohid” surəsini və “Ayətəl kursini” və “Salavat”ı yüz dəfə oxumaq; 5. Ərəfə duası.

Həzrətin ərəfə günündə etdiyi duası (Səhifeyi Səccadiyyə)

Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur, ey mənim Rəbbim, ey göyləri və yeri yaradan, sənə həmd olsun, ey cəlal və kəramət sahibi,
رَبَّ الْأَرْبَابِ، وَإِلَهَ كُلِّ مَأْلُوهٍ، وَخَالِقَ كُلِّ مَخْلُوقٍ، وَوَارِثَ كُلِّ شَيْ‏ءٍ، لَيْسَ كَمِثْلِهِ شَيْ‏ءٌ، وَلا يَعْزُبُ عَنْهُ عِلْمُ شَيْ‏ءٍ، وَهُوَ بِكُلِّ شَيْ‏ءٍ مُحِيطٌ، وَهُوَ عَلَى كُلِّ شَيْ‏ءٍ رَقِيبٌ. أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ، الْأَحَدُ الْمُتَوَحِّدُ الْفَرْدُ الْمُتَفَرِّدُ وَأَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ، الْكَرِيمُ الْمُتَكَرِّمُ، الْعَظِيمُ الْمُتَعَظِّمُ، الْكَبِيرُ الْمُتَكَبِّرُ وَأَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ، الْعَلِيُّ الْمُتَعَالِ، الشَّدِيدُ الْمِحَالِ

Related Articles

Back to top button