ArxivXəbər lentiXəbərlər

Ərəb şeyxləri Bakıda böyük ərazilər alır? – Yenilənib

Bakının Nərimanov rayonunun plana düşən ərazilərinin böyük hissəsini ərəb şeyxləri alıblar. Bu barədə məlumatı rayon sakinləri bildiriblər.

 Sakinlər bildirib ki, bir neçə Nərimanov rayon sakininə 31 saylı “jek”dən bildiriblər ki, artıq onlar “Çermet” adlanan ərazinin böyük bir hissəsindəki və Dərnəgül körpüsünün ətrafındakı fərdi yaşayış və bina evlərinə cavabdeh deyillər. Onların verdikləri məlumata görə, plana düşən bu əraziləri artıq ərəblər alıblar.

 Onu da qeyd edək ki, plana düşən mənzillərin kvadratmetrinə görə rayon sakinlərinə 1200 manat təklif olunacağı bildirilib.

 Sayt yazır ki, sorğu zamanı rayon ərazisində bu faktı ev alqı-satqısına baxan bir neçə şəxs də təsdiq edib.

 ***

“Qafqazinfo” məsələ ilə bağlı Nərimanov İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Rayon icra başçısının birinci müavini Şahmar İbadov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, sözügedən ərazinin ərəblərin alması ilə bağlı yayılan xəbərlər doğru deyil:

 “Nərimanov rayonunda gedən yenidənqurma işləri ölkə başçısı, cənab prezidentin sərəncamı əsasında həyata keçirilir. Yol infrastrukturunun yenidən çəkilməsi və genişləndirilməsi zamanı Ziya Bünyadov prospekti və Həsən Əliyev küçəsinin davamı olaraq Böyük Şor ərazisindən keçən yeni hissədə Nərimanov İcra Hakimiyyəti, “Azəryol” ASC və Maliyyə Nazirliyi ilə birlikdə ərazidə yola düşən hissələri siyahıya alıb. Əhalinin köçürülməsi tərəfimizdən həyata keçiriləcək.

 Bundan başqa orada ərəbin, ingilisin, hər hansı bir əcnəbi şirkətin ərazi alıb əhalini köçürülməsi həqiqətə uyğun deyil”.

 İcra başçısının müavini, həmçinin mediadan vətəndaşlar arasında bu cür çaşqınlığa səbəb ola biləcək xəbərləri yaymamağı xahiş edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button