ArxivXəbər lentiXəbərlər

Əli Həsənov İran-Azərbaycan əlaqələrinin inkişafında media əməkdaşlıqlarının roluna təkid etdi

İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Hüseyn İntizaminin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına olan səfərinin davamında bu gün Bakıda Azərbaycan prezidentinin siyasi-ictimai məsələlər üzrə müavini Əli Həsənov ilə görüşüb.

İRİB-nin verdiyi məlumata görə, Əli Həsənov bu görüşdə deyib: İran və Azərbaycan əlaqələrinin çox yaxşı vəziyyətdə olduğunu deyə bilərəm. Media sahəsində də biz iki ölkə arasında mədəniyyət və informasiya sahəsində əlaqələrin inkişafını müsbət qarşılayır və bu əlaqələrin möhkəmləndirməsinə də tam hazırıq.

Azərbaycan prezidentinin müavini iki ölkə arasında dərin tarixi, mədəni və dini bağların olduğuna işarə edərək, turizmin səyahət, ticarət və səhiyyə sahələrinin inkişaf etdirilməsini son dərəcə önəmli adlandırıb və deyib: Son zamanlar İranda Azərbaycan Mədəniyyət Həftəsi qeyd olundu. Və yaxın günlərdə Azərbaycanda da İran Mədəniyyət Həftəsi qeyd olunacaq.

İranın mədəniyyət və islami irşad nazirinin müavini Hüseyn İntizami də bu görüşdə deyib: Azərbaycan Respublikası ilə əlaqələrin hərtərəfli formada inkişaf etdirilməsi İran İslam Respublikası üçün çox önəmlidir. Və biz mədəniyyət və media əməkdaşlıqlarının genişləndirilməsi istiqamətində jurnalist heyətlərinin qarşılıqlı formada iki ölkəyə səfər etməsi ilə iki ölkə vətəndaşlarının digər ölkə barədə daha artıq məlumatlandırılmasına şəraitin yaradılmasına hazırıq.

İntizami bu görüşün sonunda İRİB-yə verdiyi müsahibədə media əməkdaşlıqlarının genişləndirilməsinin iki ölkə arasında inteqrasiyaya səbəb olacağını deyərək, bu görüşün elə bu məqsədlə həyata keçirildiyini deyib.

O həmçinin deyib: Bu görüşdə iki ölkə jurnalistləri və medialarının bir-biriləri ilə daha artıq əməkdaşlıq etməyə həvəsləndirilməsi və turizmlə bağlı məsələlər də diqqət mərkəzində saxlanıldı.

İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Hüseyn İntizami 50 nəfərlik bir media heyətinin müşayiəti ilə bazar ertəsi günündən Bakıda səfərdədir. O, bu gün günortadansonra öz səfərini başa vuraraq, Tehrana qayıdıb. Xəbər agentliklərinin direktorları ilə görüş, iki ölkənin media təmsilçilərinin iştirak etdiyi müştərək media toplantılarının təşkil edilməsi habelə, Azərbaycan rəsmiləri ilə görüş bu heyətin Bakıya olan səfər proqramlarından olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button