Aktual

İnqilab rəhbəri: Müsəlmanlar arasında birlik təcili bir fərizədir

 

İslam İnqilabının Böyük Rəhbəri bəzi islami dövlət və hökumətlərin aldanmaları və düşmənin tərəfində olmalarına işarə edərək vurğulayıblar ki, müsəlmanlar arasında birlik və ittifaq təcili bir fərizədir.

İslam İnqilabının Böyük Rəhbəri- Həzrəti Ayətullah-ul-uzma Xamenei bu gün səhər Qurani-Kərim üzrə 30-cu beynəlxalq müsabiqənin iştirakçıları olan qiraətçilər, hafizlər və ustadlar ilə görüşdə Quranın müsəlmanlara olan ən mühüm göstərişlərindən birinin birlik və vahidliyin qorunması olduğunu vurğulayaraq, deyiblər: Bu gün müsəlmanları birliyə və vahidliyə çağıran hər bir dil və boğaz ilahi bir boğazdır; müsəlmanlar ilə islami məzhəbləri bir-biriləri ilə düşmənçiliyə təhrik edən hər bir dil və boğaz isə şeytan dilidir

Həzrəti Ayətullah-ul-uzma Xamenei bu görüşdə müsəlmanların Quran və onun səadət və başıucalıq gətirən maarifi ilə daha artıq yaxınlığı və tanışlığı vacibliyini vurğulayaraq  bildiriblər ki, müsəlmanlara ünvanlanmış qurani xitablar ayrılmama və ilahi mehvər ətrafındadır ki, onun qarşılığında müstəmləkəçilik üsulu və təlimi durur ki, İslam Ümməti arasında ixtilaf törətmək və məzhəbi təəssübləri qızışdırmaq onun iş gündəmidir.

O həzrət bəzi islami dövlət və hökumətlərin aldanmaları və  düşmənin tərəfində olmalarına işarə edərək vurğulayıblar ki, müsəlmanlar arasında birlik və ittifaq təcili bir fərizədir.

İslam İnqilabının Böyük Rəhbəri kor-koranə terrorizm, qırğın, qan axıdılması və onlarla bağlı faciələr və sioinist rejim üçün fürsətin yaranmasını İslam Ümməti arasındakı ixtilaf və təfriqənin nəticələri adlandırıb və bildiriblər ki, bu gün müsəlmanlar və islami dövlətlər üçün imtahan günüdür və islami xalqlar sayıq olmalıdırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button