Islam

Əhli-sünnə alimlərinin kütləvi surətdə qırılmasına qərar

Kontr-admiral General Əyyub Səbri, Osmanlı dövlətinin hərbi dəniz donanmasının ali məktəbinin rəisi yazır: Mәhəmməd ibn Əbdül-Vəhhabın sözlərindən təsirlənmiş Əbdül-Əziz bin Səud qəbilə başçıları qarşısında söylədiyi birinci çıxışında dedi: Biz bütün şəhərlərə və abadlıqlara sahib olmalı, öz əqidə və şəriətimizi onlara aşılamalıyıq… Bu arzunun həyata keçməsi üçün özlərini peyğəmbər sünnəsinin və Mәhəmməd şəriətinin ardıcılları hesab edən əhli-sünnənin elm adamlarını aradan götürməliyik.
Başqa sözlə desək, özlərini əhli-sünnə alimi kimi qələmə vermiş müşrikləri qılıncdan keçirməliyik; Bu siyasətin ilk qurbanları öncə tanınmış və diqqət mərkəzində olan bilik sahibləri olmalıdır; çünki,nə qədər ki bunlarsağdır, bizim dindaşlarımız xoş gün görməyəcəklər. Bu mәrhәlәdә ilknövbədə özlərini alim kimi tanıtdıran şəxslərin kökünü kəsib, daha sonra Bağdadı işğal etməliyik.
Eləcə də yazır: Səud bin Əbdül-Əziz 1216-cı (h.q) ildə Məkkəni ələ keçirdikdən sonra bir çox sünni alimlərini səbəbsiz olaraq şəhadətə çatdırdı. Habelə bir çox nüfuzlu və görkəmli şəxsiyyətləri heç bir ittihamı olmadan dara çəkdirdi. Vəhhabilərə əyilməyərək öz əqidələrində möhkəm duranları isə, müxtəlif işgəncələrlə hədələdi. Daha sonra göndərdikləri carçılar küçə və bazarda fəryad çəkərək deyirdilər: “Ey camaat! Səudun dininə üz gətirin və onun hər yeri bürümüş geniş kölgəsi altına sığının.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button