ArxivIslammədəniyyatSosialXəbər lentiXəbərlər

Ədalət – İranda məhkəmə hakimi öz əleyhinə hökm çıxartdı

Tehranlı məhkəmə hakimi özünün Müvəqqəti Saxlanma Təcridxanasında saxlanılması, dosyesinin prokurorluğa göndərilməsi və maaşından bir hissəsinin dosyedəki müttəhimlərə verilməsi barədə hökm çıxarıb.

Baş Prokrorluq ittihamçısının öz əleyhinə çıxardığı hökmün bir hissəsində deyilir:
“Sonda hörmətli prokuror müavinindən xahiş edirəm ki, mənim bu ayəyə: “Həqiqətən, Allah ədalətli olmağı və yaxşılıq etməyi əmr edir” əməl edə bilmədiyimə və müttəhimi sübut olmadan həbs etdiyimə görə hakimlik ədaləti və müstəqilliyimdə nöqsan yarandığına diqqət etməklə, sənədin surətini baxılması üçün Hakimlərin İntizam Prokurorluğuna göndərəsiniz.
Bir surəti də məmurların cinayət və yol verdikləri pozuntularının bildirişi məqsədilə nəzarət orqanlarına göndərilsin, beləliklə, mənim Müvəqqəti Saxlama Təcridxanasına göndərilməyim üçün hazırlıq işləri görülsün və mən orada 24 saat saxlanılım ki, təcridxana şəraitini dərk edim və bundan sonra çıxardığım hökmlərdə daha diqqətli olum.
Müttəhimlərin bir gün təcridxanada saxlandıqları və fəhlə olduqları üçün bir gün maaş ala bilmədiklərini elan etmələrinə diqqət etməklə, onları idarəyə dəvət edin və onların zərərinin ödənməsi üçün mənim bir günlük maaşımı onlara verin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button