AktualAktualArxivXəbər lentiXəbərlər

Əbülfəz Elçibəy: Qarabağ müharibəsində Türkiyə bizə heç bir kömək etmədi/İran kömək etmək istəyirdi, amma mən qəbul etmədim-Foto

Qafqaz Mədəniyyət Mərkəzi – Bakı dövlətinin ölkəmiz əleyhinə əsassız ittihamlarından biri də İranın Qarabağ müharibəsinə soyuq yanaşmasıdır. Öz əsgərlərini ermənilər qarşısında saxlaya bilməyən bacarıqsız başçılar, məsuliyyətlərinin altından qaçmaq üçün iddia edirlər ki, İran və Rusiya Ermənistana hərbi, maliyyə və siyasi yardım göstərməklə Bakını mühasirədə saxladı və bu rejimin müharibədə məğlub olmasına səbəb oldu.

“Qarabağ müharibəsində Türkiyə Bakıya hansı köməkləri etdi”-deyə sual verən jurnalistin cavabında pantürkçülərin rəhbəri Elçibəy deyir: “Mən Türkiyədən vallah bir şey gözləmirəm. Türkiyənin özünün çıxarları çoxdur. Amma Türkiyədən bir şey istədim. 200 milyon dollar kredit. O krediti yubatdılar. Əgər o vaxtında verilsəydi, çox şey edərdim”.

“Böyük qardaş”dan heç bir gözləntiləri olmadı və indiyə qədər də Qarabağ müharibəsində Bakını dəstəkləmədiyinə görə sual altıına alınmadı.

Süjetdə həmçinin Türkiyənin sabiq təhsil naziri Hasan Cəlal Gözəlin də etirafları yer alır. O deyir: “Elçibəy, Türkiyəyə gələndə onun torpağını öpürdü. Məncə, belə bir adama biz heç kömək etmədik, onu tək qoyduq”.

Elçibəy müsahibəsinin davamında deyir: “Biz o zaman digər ölkələrdən kömək almaq istəmirdik. Məsələn İran kömək təklif etdi. Amma mən qəbul etmədim. Dedim ki, istəmirəm”.

Beləliklə, etnik nifrət yayanların həmişə “İran, Qarabağ müharibəsində bizə kömək etmədi” yalan fəryadları ifşa oldu.

Habelə, Qarabağ müharibəsi ərəfəsində “Milliyyət” qəzetinə müsahibə verən Türqut Özal “nə üçün Türkiyə (Qafqazda) azərbaycanlılarına kömək etmir” sualına öz düzgün təhlili cavabında deyir: “Azərbaycanlılar şiədirlər və biz sünnü. Onlar bizdən çox İrana yaxındılar”.

Qeyd edək ki, Elçibəyin melanxolik təfəkkürü Azərbaycan Respublikasının erməni yaraqlıları qarşısında utancverici məğlubiyyətinin əsas səbəbləridən biri sayılır. Üstəlik, bu rejimin əsgərləri ermənilərlə döyüşmək istəmirdi və əksəriyyəti cəbhədən qaçırdı. Siyasətçilərin və təhlükəsizlik xidmətlərinin zabitlərinin xatirələrində deyilir ki, Bakı komandirləri Ermənistandan rüşvət alaraq döyüş bölgələrini tərk edirdilər.

Milliyyət qəzeti “Moskva” radiosunun Qarabağ böhranının vəziyyəti barədəki təhlilinə toxunur və bu radioya əsaslanaraq, Elçibəy kimi rəhbərləri ifratçı və dəlisov adlandırır.

Həmçinin qəzet yazır: “Özal, Elçibəy kimi milliyyətçi və pantürkçü rəhbərlərdən uzaq olmağa çalışır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button