ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ə.Məmmədli: İsrail qeyri-qanuni və faşist bir “dövlət”dir

 İsrailin faşist və aparteid rejim olduğunu vurğulayan Ə.Məmmədli bildirib ki, İsrail ABŞ və Sovet İttifaqının birgə qurduqları qeyri-qanuni dövlətdir. Və bu rejim qurulduğu gündən Birləşmiş Ştatların total dəstəyinə arxalanaraq müsəlman torpaqlarını işğal etməklə məşğul olub.

Politoloq söhbətlərinin davamında sionist İsrailin beynəlxalq qanunlara tabe olmadığına diqqət çəkib, bildirib ki, İsrail Fələstində müsəlmanlara qarşı soyqırımı siyasəti yürüdür, müsəlmanlara qənim kəsilib və aparteid üsulu ilə idarə olunur.

Əl-Əqsa məscidinə qarşı hücumlara gəlincə, partiya funksioneri qeyd edib ki, İsrailin əsas məqsədi Fələstin torpaqlarını yəhudiləşdirmək və 2050-ci ilədək Əl-Əqsa məscidini bütövlükdə məhv etməkdir. Ona görə də bu rejim BMT qətnamələrinə məhəl qoymur.

Politoloq sonda İsrailin işğalçılıq siyasətini sürdürməsinə görə ABŞ-ı tənqid atəşinə tutub. “ABŞ İsrailin işğalçılıq siyasətinə hüquqi tanıtım verir və bu çox təhlükəli tendensiyadır. ABŞ nə qədər ki, öz imperialist siyasətləri əsasında İsraili dəstəkləyir, bu rejim öz siyasətlərindən əl çəkməyəcəkdir”-deyə politolq söyləyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button