ArxivXəbər lentiXəbərlər

Möhsün Pak Ayindən Ustad Şəhriyar barədə iki təklif

İran və Azərbaycan Respublikalarının xalqları hər zaman bu şerin beytlərini yadda saxlayacaqlar.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin “Ustad Şəhriyar adına birinci mədəniyyət medalı” festivalında Şəhriyarın önəmli şəxsiyyətinin milli və beynəlxalq arenada tanıtdırlıması hədəfi ilə iki təkliflə çıxış edib.

 Pakayin ilk təklifi olaraq bildirib ki, “İran xalqının bu milli şairi daha yaxından tanıması üçün hər il ölkənin bir əyalətində həmin əyalətin Mədəniyyət və İrşad Nazirliyinin İdarəsi, həmçinin digər rəsmi orqanların həmkarlığı əsasında İran və region ölkələrinin ədib, şerşünaslarının iştirakı ilə beynəlxalq konfrans keçirilsin”.

İran səfiri daha sonra İran və rəhbərliklərinin mədəni əlaqələrin genişlənməsi sahəsində olan siyasi iradəsi, həmçinin iki ölkə xalqının Ustad Şəhriyara olan məhəbbətinə diqqət çəkərək ardıcıl şəkildə İran və Azərbaycan Respublikasının şəhərlərində bu tanınmış şairin yad edilməsi hədəfi ilə toplantı və simpoziumların keçirilməsini təklif edib.

Möhsün Pakayin Ustad Şəhriyarı müasir zamanın Fars və Azərbaycan şeri sahəsində peşəkar olan böyük şairlərdən biri kimi təqdim edərək deyib: “Məhz bu baxımdan Ustad Şəhriyar təkcə İranda deyil, həm də bununla yanaşı Azərbaycan, Əfqanıstan, Tacikistan, həmçinin Mərkəzi Asiya və Qafqaz ölkələrində şöhrət və sevgi qazanıb. Mənə elə gəlir ki, müasir dövrdə Ustad Şəhriyarın “Əli ey Hümayi-rəhmət” kimi üstün və incə mənalı bir şer söylənməmişdir. İran və Azərbaycan Respublikalarının xalqları hər zaman bu şerin beytlərini yadda saxlayacaqlar.”

Səfir həmçinin Ustad Şəhriyarın Azərbaycan dilində söylədiyi “Heydər Babaya salam” şerinə diqqət çəkərək bu şerin təkcə İranda deyil, həm də Azərbaycan Respublikasında şöhrət qazandığını və onun unudulmaz şerlərindən biri olduğunu vurğulayıb.

Bu beynəlxalq festivalda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnsitutunun rəhbəri İsa Həbibbəyli və Bakı Dövlət Universitetinin İlahiyyat Fakultəsinin rəhbəri, akademik Vasim Məmmədəliyev səfir Möhsün Pakayin və Təbriz Universitetinin Azərbaycanşünaslıq İnsitutunun rəhbəri doktor Məhəmmədrza Pur Məhəmmədi tərəfindən “Ustad Şəhriyar mədəniyyət medalı” ilə təltif ediliblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button