ArxivIslamXəbər lentiXəbərlər

Elina Hacıyevaya görə keçirilən anım mərasiminə polis müdaxilə etdi – Fotolar

Aprelin 13-də bir qrup gənc “Məktəblərdə zorakılığa son!” Azərbaycanın Təhsil sistemində baş verən zorakılıqlara və eləcə də Elinanın ölümünə diqqət çəkmək məqsədilə 162 saylı məktəbin qarşısında anım tədbiri keçirməyə cəhd ediblər. Lakin polislər gənclərin dinc ziyarətinə müdaxilə edərək onları məktəbin qarşısından uzaqlaşdırıblar.
Qeyd edək ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Elina Hacıyeva özünü oxuduğu orta məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edib. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button