AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Amerikalı müxbirin Cənab Rəhbərə məktubu

Tövsiyələrinizə əməl edəcək, İslam barədə araşdırma aparacağam

Əminəm ki, milyonlarla amerikalı gənc mənim sözlərimi təsdiqləyər: Biz sülh və anlaşma istəyirik, İslam və İran xalqı  bizim düşmənimiz deyil – bu, amerikalı müxbirin Cənab Rəhbərə məktubundan bir hissə idi…

Qafqaz Mədəniyyət Mərkəzi xəbər verir: Cənab Rəhbər Avropa və Şimali Amerika gəncələrinə məktubunda (3 bəhmən) təklif edirdi ki, gənclər öz ölkələrinin informasiya şəbəkələrinin İslam barədə yaratdığı təsviri nəzərə almadan Quran-i Kərimə müraciət etməklə İslamı olduğu kimi dərk etsinlər.

Amerikalı müxbir və siyasi şərhçi Kalib ti. Mapin Cənab Rəhbər Ayətullah Xameneinin məktubuna cavab yazıb. Cavab məktubunun mətni:

Cənab Ayətullah Xamenei, İslam İnqilabının Ali Lideri!

Sizin Avropa və Şimali Amerika gənclərinə məktub yazmağınız məni çox təsirləndirdi. Bu gözəl məktubu oxuyanda daha da mütəəssir oldum.

Bizim rəhbərlərin müsəlmanlara qarşı nifrət yaratmaq cəhdləri Sizin kimi məni də pərişan etdi. Mən yalan və cinayətdə tarixi keçmişi olan, dünya boyu bir çox xalqlara ağrı yaşatmış ölkə rəhbərlərimizə inanmıram. Qərarım budur ki, Siz buyurduğunuz kimi, özüm İslam barədə araşdırma aparım.

Vətənimdə bəzi insanlar ölkələrimiz arasında müharibə və qarşıdurma olmasını istəsələr də, əminəm ki,  milyonlarla amerikalı gənc mənim sözlərimi təsdiqləyər: Biz sülh və anlaşma istəyirik, İslam və İran xalqı  bizim düşmənimiz deyil!

Ümidverici və müdrik sözlərinizə görə təşəkkür edirəm.

Kalib ti. Mapin

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button