Aktual

Şiə alimləri təsirli təbliğ ilə vəhabilik fitnəsinin qarşısını alsınlar.

Ərdəbilin imamcüməsi bildirdi:
Şiə alimləri tədbir və uzaqgörənliklə elə bir proqram hazırlamalıdırlar ki, küfr və vəhabilik cəbhəsinin puç təbliği nəticəsiz qalsın.
Qafqaz Mədəniyyət Mərkəzinin məlumatına görə Höccətul-islam Seyid Həsən Amili şiə aləminin böyük mərcəi-təqlidi Ayətullah Nuri Həmədaninin də iştirak etdiyi Ərdəbil alimləri və ruhanilərinin Ərdəbil Sarəllah hüseyniyəsindəki yığıncağında belə qeyd etdi: Bizim bəzi diqqətsizliklərimiz vəhabi təbliğatçılarının yaranmış fürsətdən istifadə edib, İslam məktəbinə qarşı daha ciddi təbliğə çalışmalarına səbəb olmamalıdır.
İmam Zamanın naibləri beş ali xüsusiyyətə malik olmalıdırlar. Bunlardan biri elmli olmaq, əqidə əsaslarına bağlılıq və bunun nkənarında dinə, mənəviyyata, ixlasa və… xüsusi diqqət göstərməkdir.
Amili alimlər və ruhanilərin cəmiyyətdə dəyərlər və əqidə sərhədlərinin keşikçiləri olduğunu deyib, əlavə etdi:
Mərcəlik tarix boyu cəmiyyətin inkişafı, yüksəlişi və azğınlıqların qarşısının alınması üçün zəmin yaratmağa çalışıb.
Qeyd etməliyik ki, mərcəlik, alimlər və ruhanilər İslamın və əqidə əsaslarının müdafiəsində hər zaman öncül olublar.
O həmçinin bildirdi ki, yaranmış imkandan ən yaxşı formada istifadə etmək və cəmiyyəti azğınlıqdan qorumaq lazımdır.Bu gün düşmənin proqramlarının əsas hədəfi gələcək nəslin dini və əqidə qidasına zəhər qatmaqdır. Bu barədə lazımı xatırlatmalar və açıqlamalrla onların xəbis fəaliyyətlərini nəticəsiz qoymaq lazımdır.
O bu məsələ ilə bağlı ruhanilərin və təbliğatçıların üzərində ağır məsuliyyət olduğunu bildirib, əlavə etdi: Əgər bir səngər kimi bütün məscidlərdə ruhanilər gələcək nəslimizi xalis İslam düşüncəsi və əqidəsi ilə tanış etsələr, bu halda cəmiyyətdə müsbət dəyişikliklərin şahidi olacağıq.
Ərdəbilin imamcüməsi Qum elmi hövzəsindən istədi ki, müxtəlif məntəqələrə, xüsusilə ucqar kəndlərə təbliğatçılar göndərmək vasitəsi ilə baş verə biləcək bəzi fəsadların qarşısını alsınlar. Çünki bizim təbliğatçılarımız uyğun məntəqələrə yollanmasalar, şübhəsiz vəhabi təbliğatçıları öz qeyri-insani və qeyri-ilahi əqidələrini yaymaq üçün uyğun boşluğu qənimət biləcəklər.
Amili ruhanilərin ucqar məntəqələrə təbliğə yollanmalarını istəyib, bildirdi:
Əgər bu məsələyə lazımı qədər diqqət göstərilməsə təbliğat televeziya kanalları, xüsusilə suputniklə yayılan kanallar bu boşluğu dolduracaqlar. Biz bu sahədə Elmi hövzədən kömək diləyir və bu barədə müvəffəqiyyətlər əldə edib, keçmişdəki xətaları da düzəldəcəyimizə ümid edirik.
O sözünün sonunda məhərrəmlik günlərini əzəmətlə yad edərək, bu ayın ilk on gününü ruhanilərin və alimlərin məscidlərdə və minbərlərdə fəaliyyəti üçün misilsiz fürsət olduğunu bildirib, dedi: Bütün ruhanilər xalq kütləsinin Seyyidüş-şühədanın qiyamı fəlsəfəsi ilə və bu qanlı qiyamın həqiqətləri ilə daha yaxından tanış olması üçün çalışmalıdırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button